Milli Məclisin payız sessiyası sentyabrın 15-də başlayacaqdır

 

Milli Məclisin payız sessiyası parlamentin daxili Nizamnaməsinə əsasən sentyabrın 15-də başlayacaqdır.

 

Milli Məclisin payız sessiyasına komitələrin iclasları ilə başlanılacaqdır. Sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk plenar iclası olacaqdır.

 

Parlamentin payız sessiyasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" və büdcə zərfinə daxil olan qanun layihələri, eləcə də ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni həyatı üçün vacib olan bir sıra layihələr müzakirəyə çıxarılaraq  qəbul ediləcək, müxtəlif sahələri əhatə edən beynəlxalq sazişlər və müqavilələr təsdiqlənəcəkdir. Həmçinin yaz sessiyasında hazırlanan qanun layihələrinin müzakirəsi davam etdiriləcəkdir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 4.