Sumqayıtın baş planı memarlarla
birlikdə müzakirə edildi
Sumqayıtda Respublika Memarlar
İttifaqının şəhər icra
hakimiyyəti ilə birgə şəhərin baş
planının müzakirəsi mövzusuna
həsr edilən səyyar müşavirə keçirilmişdir.
Tədbirdə
çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov şəhərdə
görülən abadlıq-quruculuq işlərindən, Prezident İlham
Əliyevin Sumqayıta və
sumqayıtlılara göstərdiyi xüsusi
diqqət və qayğıdan danışıb. O bildirib ki,
Sumqayıtda həyata keçirilən layihələr şəhərin
nəzərəçarpacaq dərəcədə abadlaşmasına,
müasirləşməsinə və memarlıq
baxımından Bakı standartlarına
yaxınlaşmasına səbəb olmuş,
sosial-iqtisadi inkişafın yüksəlməsinə
təkan vermişdir.
Respublika Memarlar İttifaqının sədri Elbəy
Qasımzadə dövlət başçısının
ölkəmizdə memarlıq sahəsinə göstərdiyi
diqqəti yüksək qiymətləndirmişdir.
E.Qasımzadə qeyd etdi
ki, Bakı kimi bu gün Sumqayıt da dəyişir, gözəlləşir,
yüksək inkişaf tempi
nümayiş etdirir.
Müşavirədə
Sumqayıt şəhərinin baş
planı ilə bağlı məruzə dinlənilmişdir. Məruzədə qeyd edilmişdir ki,
Sumqayıtın baş planının müasir memarlığın tələbləri
səviyyəsində hazırlanması şəhərin gələcək
simasının formalaşmasında, onun sənaye
şəhəri kimi özünü
təsdiq etməsində, yeni memarlıq
inciləri, abidələri, parkları və
bağlarının fərqlı memarlıq həlli ilə təqdimatında
mühüm rol oynayacaq. Tədbirdə şəhərin baş planının daha geniş tərkibdə, ictimaiyyətin bütün nümayəndələrinin
iştirakı ilə birlikdə müzakirə
olunacağı barədə məlumat verilmişdir.
Müşavirədə çıxış edən şəhər
ictimaiyyətinin nümayəndələri və memarlar baş planın belə geniş
müzakirəyə çıxarılmasını yüksək
qiymətləndirmiş, təkliflərini vermişlər.
Akif
ƏLİYEV
Azərbaycan. - 2013.- 23 avqust.- S. 5.