«YARAT!» Müasir İncəsənət Məkanı amerikalı rəssam Mark Cenkinsin layihəsini təqdim etmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanı "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində amerikalı rəssam Mark Cenkinsin "Manimals" layihəsini, həmçinin onun rəhbərlik etdiyi ustad dərslərində tələbələrin "Animal planet" mövzusunda şəhər mühiti üçün hazırladıqları müxtəlif layihələri təqdim etmişdir.

AzərTAc xəbər verir ki, Fəvvarələr meydanında təqdim edilən layihənin məqsədi planetin təbii mühitinin deqradasiyasının qarşısını almaq, insan və təbiət arasında harmoniyaya nail olmaqdır. Heykəllər xüsusi qablaşdırılan şəffaf lentdən, "Scotch 3M" yapışqan lentdən yaradılmışdır.

 Layihənin kuratoru Nailə Allahverdiyevadır.

Mark Cenkins 1970-ci ildə ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində dünyaya gəlmişdir. Amerikalı sənətçi dakt-teypdən hazırladığı küçə instalyasiyalarına görə dünyada məşhurdur.

Onun əsərləri haqqında  "Time Out New York", "The Washington Post" "The İndependent" kimi nəşrlərdə yazılar dərc olunmuşdur. Dünyanın küçə incəsənətini işıqlandıran ən məşhur bloqlarından biri Woostercollective.com Mark Cenkinsin işlərini xüsusi təhlil etmişdir.

Rəssamın əsərləri həmçinin ABŞ-ın, Braziliyanın, Avropanın, o cümlədən Böyük Britaniyanın qalereyalarında sərgilənir.

Mark Cenkinsin layihələri başqalarını da dünyanın hər yerində "Scotch culture"ni inkişaf etdirməyə ruhlandırmışdır. Sənətçi yeni texnologiyalarını fəal şəkildə www.taresculrture.org elektron səhifəsində irəli sürür səfər etdiyi şəhərlərdə vaxtı efemer heykəllərin yaradılma prosesini öyrədir.

Rəssam hazırda ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayır.

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 7.