Xəzər
Araşdırmaları İnstitutu: «Moskva və Bakı arasında münasibətlərin
gələcəyi»
Britaniyanın
Xəzər Araşdırmaları İnstitutu
Aleksandr Ceksonun "Moskva və Bakı arasında münasibətlərin
gələcəyi" adlı məqaləsini dərc etmişdir. Müəllif Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Azərbaycana səfərini və
Rusiya-Azərbaycan münasibətlərinin inkişaf
səviyyəsini təhlil edərək göstərir ki, bu, Rusiya
Federasiyası başçısının son
yeddi ildə Bakıya ilk
gəlişidir və bu səfər ikitərəfli
münasibətlərin inkişafına müsbət təsir
göstərmişdir. A.Cekson yazır:
"Yəqin ki görüşün
ab-havası və nəticələri daha
əhəmiyyətli olmuşdur. Bunlar isə Rusiyanın Azərbaycanı keçmiş satelliti deyil, bərabərhüquqlu tərəfdaşı kimi
tanıması faktını sübut edir".
V.Putun Bakıya nazirlər
komandası ilə gəlmişdi. Danışıqlara enerji təchizatı, təhlükəsizlik və
Dağlıq Qarabağ münaqişəsinin
həlli sahələrində əməkdaşlıq məsələləri
daxil edilmişdir. Enerji sahəsində müqavilənin təfərrüatları
açıqlanmasa da, KİV-lər təsdiq
edirlər ki, "Rosneft" iri "Abşeron" qaz
yatağının işlənməsi üzrə müqavilədə
paya sahib olacaqdır. Bununla bərabər,
müəllifin fikrincə, "Rosneft"
və ARDNŞ arasında razılaşmanın təfərrüatlarının
açıqlanmaması belə güman
etməyə əsas verir ki,
"ARDNŞ sərt
danışıqlar aparır" və bu
da Rusiyanın Ermənistan və
Qırğızıstanla olan münasibətlərindən
tamamilə fərqlənir. Belə ki,
həmin ölkələrlə münasibətdə Moskva öz şərtlərini
diktə etməyi bacarır.
Məqalədə
daha sonra Dağlıq
Qarabağ münaqişəsi ilə
bağlı problem və Transxəzər qaz kəməri məsələsi müzakirə
olunmuşdur. Düzdür, Moskva Ermənistan və Azərbaycan
arasında "münaqişənin siyasi
yolla həllini"
açıqdan-açığa üstün
tutur və Transxəzər qaz kəməri layihəsinin
reallaşdırılmasına etiraz edir, lakin V.Putin
administrasiyası Azərbaycana silah
satışını davam etdirir.
Müəllif bildirir ki, gələcəkdə
ikitərəfli münasibətlər daha
praqmatik olacaqdır. Çünki
Rusiya artıq Azərbaycana
"imperiyanın subyekti kimi
yox, bərabərhüquqlu tərəfdaşı
kimi" baxır.
AzərTAc
Azərbaycan. - 2013.- 23 avqust.- S. 8.