Ukrayna Prezidenti
zati-aliləri cənab
Viktor Yanukoviçə
Hörmətli Viktor Fyodoroviç!
Ukraynanın milli bayramı
- Müstəqillik Günü
münasibətilə səmimi
təbriklərimi və
ən xoş arzularımı qəbul edin.
Bu gün dost Ukrayna dövlətçiliyin
və suverenliyin möhkəmlənməsi, sosial-iqtisadi
və humanitar sahələrdə dərin
dəyişikliklər həyata
keçirilməsi yolu
ilə inamla irəliləyir. Ölkənin beynəlxalq nüfuzu
artır.
Əminəm ki, Azərbaycan-Ukrayna dövlətlərarası münasibətləri,
bizim strateji tərəfdaşlığımız və hərtərəfli
əməkdaşlığımız
dost xalqlarımızın və
ölkələrimizin mənafeyi
naminə bundan sonra da sıx
qarşılıqlı fəaliyyət
və qarşılıqlı
dəstək məcrasında
inkişaf edəcəkdir.
Hörmətli Viktor Fyodoroviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı,
xoşbəxtlik və
uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
21 avqust 2013-cü il.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 1.