Uşağa qulluğa
görə qismən ödənişli sosial
məzuniyyətdə olanlara verilən
müavinətin artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların
sosial müdafiəsini
gücləndirmək məqsədi
ilə qərara alıram:
1.
2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa
görə qismən ödənişli sosial
məzuniyyətdə olanlara verilən
aylıq müavinətin məbləği 30 manat,
bir yaş yarımdan üç yaşınadək uşağa
qulluğa görə isə həmin
müavinətin
məbləği 15 manat miqdarında
müəyyən edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. "Uşağa qulluğa
görə qismən ödənişli sosial
məzuniyyətdə olanlara verilən
müavinətin məbləğinin artırılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 27 avqust tarixli 3015 nömrəli sərəncamı
(3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 23 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 24 avqust.- S. 1.