Əli Həsənov:
Azərbaycan xalqının qarşıdakı prezident
seçkilərində ən layiqli namizədinə
səs verəcəyinə əminəm
Azərbaycan
xalqının qarşıdakı
prezident seçkilərində ən
layiqli namizədinə səs verəcəyinə
əminəm.
AzərTAc
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan
Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 23-də jurnalistlərə
açıqlamasında demişdir.
Əli Həsənov qeyd
etmişdir ki, Azərbaycan
dövlətinin əldə etdiyi nailiyyətlər
dünyanın bütün ölkələrində
müsbət qiymətləndirilir. YAP sədrinin müavini demişdir: "Azərbaycan dünya
ölkələrinin maraq mərkəzinə
çevrilmişdir. Təəssüf ki, dünya ölkələrinin
marağını özünə cəlb edən məqamlardan
biri də Azərbaycan müxalifətinin
rüsvayçılığıdır. Biz
çox təəssüf edirik
ki, güclü iqtidar qarşısında rüsvayçı
və çox zəif müxalifət
vardır. Biz güclü
iqtidar qarşısında dayanıqlı
müxalifət olmasını istərdik".
Əli
Həsənov vurğulamışdır ki, dünya birliyi arasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllinə münasibətdə
ədalətsizlik hökm sürür. Çox təəssüflər
olsun ki, beynəlxalq təşkilatların
qərarlarını icra etməyənlərə
himayədarlıq edilir, onların hərəkətləri
əməldə dəstəklənir.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 2.