Azərbaycan
Respublikasının fövqəladə hallar
naziri Yevlax şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və
tövsiyələrinə əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 23-də nazirliyin Yevlax şəhərində yerləşən
Aran Regional Mərkəzində
vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, qəbulda Yevlax, Mingəçevir və Naftalan
şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab,
Kürdəmir və Ağdaş
rayonlarının sakinləri iştirak
etmişlər.
Nazir tərəfindən
qəbul edilən 40 vətəndaşın müraciətlərinin
bir çoxu yerindəcə
öz həllini tapmış, bir sıra məsələlərlə
bağlı qanunvericiliyə uyğun dərhal
zəruri tədbirlərin görülməsi barədə
aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar
verilmişdir.
Bundan əlavə, kadr məsələləri ilə
bağlı 160, digər məsələlərlə əlaqədar
müraciət etmiş 25 vətəndaş
nazirliyin müvafiq baş idarə və qurum
rəhbərləri tərəfindən qəbul olunmuşdur.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 2.