Vergilər naziri Fazil Məmmədov Şirvanda vətəndaşları qəbul etmişdir
Dövlət
başçısının tapşırıq və
tövsiyələrinə uyğun olaraq, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşlarla görüşərək
onların problemlərinin həllinə
kömək göstərməkdə davam
edirlər.
Növbəti belə qəbul Şirvan
şəhərində vergilər naziri Fazil Məmmədov tərəfindən keçirilmişdir.
Şirvan,
Hacıqabul, Salyan, Neftçala,
Sabirabad, Saatlı, Göyçay,
Kürdəmir və Ucar rayonlarından olan 70-dən çox vətəndaş
iqtisadiyyatın müxtəlif sahələri üzrə vergi dərəcələrini azaltmaqla
stimullaşdırıcı tədbirlər barədə, vergi orqanlarına işə qəbul, vergi inzibatçılığı, vergi
borclarının azaldılması,
POS-terminalların quraşdırılması, nəzarət kassa aparatlarının tətbiqi, kiçik sahibkarlığa güzəştli
kreditlərin verilməsi və onları narahat
edən digər məsələlərlə bağlı nazirə
müraciət etmişlər.
Qaldırılan
problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərlərinin
araşdırılması və lazımi tədbirlər
görülməsi barədə müvafiq
tapşırıqlar verilmişdir.
Qəbula gələn
vətəndaşlar onlar üçün
yaradılmış bu imkandan
razı qaldıqlarını bildirmişlər.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 2.