Yaponiya ilə Azərbaycan
arasında hərbi sahədə əməkdaşlığın
qurulması məsələləri müzakirə olunmuşdur
Avqustun 23-də Azərbaycanın
müdafiə naziri, general-polkovnik
Səfər Əbiyev Yaponiya müdafiə
nazirinin müavini Masahisa Satonun
başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, son
illər Yaponiya ilə Azərbaycan
arasında mədəni və iqtisadi əlaqələrin
sürətlə inkişaf etdiyini qeyd edən nazir S.Əbiyev hərbi sahədə də
ikitərəfli əməkdaşlığın
qurulmasının münasibətlərin
dərinləşməsinə böyük
töhfələr verəcəyini bildirmişdir.
Yaponiya Müdafiə
Nazirliyi nümayəndə heyətinin Azərbaycana
ilk səfərinin mühüm
əhəmiyyət kəsb etdiyini diqqətə
çatdıran nazir S.Əbiyev regionda baş verən hərbi-siyasi
vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri
barədə yaponiyalı qonaqları məlumatlandırmışdır.
S.Əbiyev bildirmişdir ki,
Ermənistanın təcavüzkar siyasəti bu
gün də davam edir. ATƏT-in Minsk qrupu çərçivəsində problemin həllinə üstünlük
göstərilməsinə baxmayaraq, təəssüf
ki, hələ də konkret
nəticə yoxdur. Digər narahatlıq doğuran amillərdən biri
də BMT-nin məlum dörd
qətnaməsinin indiyədək icra
olunmaması ilə bağlıdır.
Nazir demişdir
ki, əgər Amerika
Birləşmiş Ştatları Konqresinin
907-ci düzəlişinin aradan
qaldırılmamasının əlavə təsirləri də
nəzərə alınsa, o zaman bölgədə hansı gərginliklərin
hökm sürdüyünü
görərik. Müdafiə naziri Səfər
Əbiyev qonaqların diqqətinə
çatdırmışdır ki, vəziyyət
bu cür davam edərsə, Azərbaycan öz
ordusunun imkanlarından istifadə etmək
məcburiyyəti qarşısında qalacaqdır.
Azərbaycan-Yaponiya
əməkdaşlığının vacibliyini
vurğulayan nümayəndə heyətinin
rəhbəri Masahisa Sato
ölkəmizin Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda
iştirakının böyük əhəmiyyət
daşıdığını bildirmişdir.
Görüşdə ikitərəfli hərbi əməkdaşlıq
sazişi layihəsinin üzərində
işləmək barədə razılıq əldə olunmuşdur.
Görüşdə
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel
İsmayılzadə və Yaponiyanın Azərbaycandakı səfiri
Şusuke Vatanabe iştirak etmişlər.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 3.