İqtisadi inkişaf
naziri İsmayıllıda vətəndaşları
qəbul etmişdir
İqtisadi inkişaf
naziri Şahin Mustafayev avqustun 23-də
İsmayıllıda vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, şəhərdəki
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda
İsmayıllı ilə yanaşı, Ağsu,
Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar da
iştirak etmişlər.
Nazirliyin müvafiq
struktur rəhbərlərinin də
qatıldıqları qəbulda vətəndaşların
müraciət, şikayət və təklifləri diqqətlə
dinlənilmişdir. Müraciətlər əsasən
sahibkarlığa dəstək, güzəştli kreditlərin
verilməsi, sahibkarların hüquqlarının müdafiəsi
və digər məsələlərlə əlaqədar olmuşdur.
Müraciət
və təkliflər dinlənilərək operativ
surətdə araşdırılmışdır. Bir sıra müraciətlər yerindəcə
həll edilmiş, bəzilərinin həlli
ilə əlaqədar nazirliyin müvafiq strukturlarına konkret
göstərişlər verilmişdir.
Qəbulda bəzi
vətəndaşlar nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlər
də qaldırmışlar. Bu cür müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün
qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Vətəndaşlar
yaradılmış şəraitdən
razılıqlarını bildirmiş, əhalinin
mövcud problemlərinin operativ
həllinə xidmət edən bu cür qəbulların təşkili ilə bağlı verdiyi
tapşırığa görə Prezident
İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 3.