Moldova Ombudsmanı Aureliya Qriqoriu Azərbaycandan
aldığı əməkdaşlıq təklifini qəbul etmişdir
Azərbaycanlıların
və digər Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Moldova
Ombudsmanı Aureliya Qriqoriuya
məktub göndərmişdir. İ.İsmayılov məktubunda
Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə
bağlı tutduğu ədalətli
mövqeyinə görə ombudsmana təşəkkürünü
bildirmiş, ona əməkdaşlıq
təklif etmişdir.
Mərkəzdən
AzərTAc-a verilən məlumata görə, xanım Aureliya Qriqoriudan cavab məktubu alınmışdır. Ombudsman təklifi qəbul etdiyini
və təşkilatla əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Məktubda deyilir: "Sizin məktubunuz
və Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyəti
ilə böyük maraqla
tanış oldum. Sizin
Xocalı soyqırımının tanınmasında göstərdiyiniz
səylərinizi tamamilə bölüşürəm. Mən
Yerevanda öz
çıxışımda bu faktı gələcəkdə
insan hüquqlarının pozulmasına yol verilməməsi nöqteyi-nəzərindən
qeyd etmişəm".
Moldovalı
ombudsman Avropada fəaliyyət
göstərən bir çox
təşkilatların Dağlıq Qarabağda
baş vermiş hadisələrdən
xəbərsiz olması, məlumatı olanların isə mövzudan yayınmağa
çalışması fikrinə şərik
çıxaraq yazır: "Şəxsən mənə
söylədilər ki, bu
məsələni
qaldırmağa ixtiyarım yoxdur. Lakin mən hesab edirəm ki, yalnız Xocalı hadisələrinin tam dəhşətini dərk edərək bəşəriyyət
insan hüquqlarının qorunmasına və
demokratik dəyərlərə nail olunmasına doğru
addım atmış olur".
Xanım Aureliya Qriqoriu məktubunun
sonunda Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi ilə böyük məmnuniyyətlə
əməkdaşlıq etməyə hazır olduğunu
bildirir.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.