Əli Abbasov: Azərbaycanda bütün
arayışları elektron formada almaq mümkün
olacaqdır
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi "Elektron
hökumət"in inkişafı üzrə yeni
proqram hazırlamışdır.
AzərTAc xəbər
verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri
Əli Abbasov jurnalistlərə müsahibəsində
demişdir.
Nazir bildirmişdir
ki, bu proqramın tətbiqinə
başlandıqdan sonra göstərilən
xidmətlərin elektronlaşması prosesi
gücləndiriləcəkdir.
Cari il yanvar ayının 1-dən etibarən Azərbaycanda
elektron dövlət xidmətlərinin
göstərilməsinə başlanılmışdır. Avqustun 1-nə olan məlumata
əsasən, əhaliyə dövlət orqanları tərəfindən 300 mindən çox
elektron dövlət xidməti göstərilmişdir.
Yeni proqram
üzərində işlər son mərhələdədir
və onun tətbiqi ilə dövlət
orqanlarının xidmətlərinin elektronlaşması prosesi gücləndiriləcəkdir.
Azərbaycan. - 2013.- 24 avqust.- S. 7.