Uruqvay Şərq
Respublikasının Prezidenti zati-aliləri
cənab Xose Muxikaya
Hörmətli
cənab Prezident!
Uruqvay Şərq
Respublikasının milli bayramı -
Müstəqillik Günü münasibətilə
Sizi və xalqınızı Azərbaycan
xalqı adından və şəxsən öz
adımdan təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Uruqvay
arasındakı münasibətlər ölkələrimizin və
xalqlarımızın mənafelərinə uyğun olaraq
inkişaf edəcək və genişlənəcəkdir.
Sizə
möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
22 avqust 2013-cü il
Azərbaycan.
- 2013.- 25 avqust.- S. 1.