Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının və
dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşlarının artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin hərbi qulluqçularının və dövlət
qulluqçusu olmayan mülki işçilərinin sosial
müdafiəsini gücləndirmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının və
dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif)
maaşları orta hesabla
10 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Bu sərəncam 2013-cü il
sentyabrın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 avqust 2013-cü il
Azərbaycan.
- 2013.- 25 avqust.- S. 1.