2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslərin
Ədalət Partiyasının səlahiyyətli və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndəsi
kimi qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının
Qərarı
QƏRAR
¹18/110
2013-cü il oktyabrın 9-na təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli
sürmüş Ədalət Partiyası V Qurultayının
2013-cü il 18 avqust tarixli 3.2 və 3.3 saylı qərarları
ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndə təyin
etmiş və həmin şəxslərin qeydə
alınması üçün müvafiq sənədləri
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə və qaydada
müvafiq araşdırma aparıb həmin şəxslərin
qeydə alınması üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslər
Ədalət Partiyasının səlahiyyətli və maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndəsi
kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndə:
Mütəllim
Qara oğlu Rəhimov
1.2. maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə:
Ayaz Viladdin
oğlu Əfəndiyev
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.08.2013
Azərbaycan.
- 2013.- 25 avqust.- S. 2.