Bəzi Dairə Seçki Komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR
¹18/112
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci,
28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara
alır:
1. Nəriman Tərlan
oğlu İsmayılov 47 saylı Mingəçevir
seçki dairəsi dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvü
vəzifəsindən vaxtından əvvəl azad
edilsin.
2. Ruhiyyə Adil qızı Hüseynova
47 saylı Mingəçevir, Əli İsmət oğlu Məmmədov 113 saylı Şəki şəhər
seçki dairəsi dairə seçki komissiyasının həlledici səs
hüquqlu üzvü
təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.08.2013
Azərbaycan.
- 2013.- 25 avqust.- S. 2.