2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil
olmuş 19 avqust
2013-cü il tarixli
1305 saylı müraciətə baxılma müddətinin
uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR
¹18/111
2013-cü il oktyabrın 9-na təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar
Eldar oğlu Məmmədovun namizədliyinin irəli
sürülməsi barədə müraciət 2013-cü il
avqustun 19-da Mərkəzi Seçki Komissiyasına daxil
olmuşdur.
Qanunvericiliyin tələblərinə əməl
edilmədən İ.E.Məmmədov tərəfindən
göndərilməsi ehtimal edilən sənədlər
düzgün rəsmiləşdirilmədiyindən və həmin
sənədlərdə müəyyən səhv və
pozuntular olduğundan namizədliyin irəli sürülməsinin
namizədliyi irəli sürülmüş şəxsin iradəsinə
uyğunluğunun yoxlanılması, habelə yol verilmiş
qüsurların aradan qaldırılması məqsədilə
müraciət daxil olan gün, yəni 19 avqust 2013-cü ildə
təxirə salınmadan dərhal sürətli poçt xidməti
vasitəsilə İ.E.Məmmədovun
saxlanıldığı istintaq təcridxanasına göndərilmişdir.
Göndərilmiş
sənədlərdə yol verilmiş qüsurlar qismən
aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən notarial qaydada təyin edilmiş səlahiyyətli nümayəndə
tərəfindən 23 avqust 2013-cü il, saat 17.50-də Mərkəzi
Seçki Komissiyasına təqdim olunmuşdur. Namizədliyin irəli
sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün
yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən
aparılmış araşdırma başa
çatmadığından və hazırda buna
dair təsdiqedici qərarın qəbul
edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər namizədlərdən fərqli olaraq məhdud imkanlara malik olan istintaq
təcridxanasında saxlanılan şəxsin maraqları ilə
bağlı olduğundan Azərbaycan
Respublikası Konstitusiyasının və seçki
qanunvericiliyinin ruhuna uyğun olaraq Mərkəzi
Seçki Komissiyası
iddiaçının maraqlarının xeyrinə araşdırma
başa çatanadək müddətin
uzadılmasını məqsədəmüvafiq hesab etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 53-cü maddələrinə
əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi ilə əlaqədar
Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 avqust 2013-cü il tarixli 1305 saylı müraciətə
baxılma müddəti uzadılsın.
2. Qərarın
surəti maraqlı şəxslərə göndərilsin.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.08.2013
Azərbaycan.
- 2013.- 25 avqust.- S. 2.