Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 204                   Bakı şəhəri, 7 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi haqqında

 

 

"Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹5, maddə 468) I hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 3-cü bənddən "(bundan sonra - Reyestr)" sözləri çıxarılsın;

 

1.2. aşağıdakı məzmunda 3-1-ci bənd əlavə edilsin:

 

"3-1. Dövlət informasiya ehtiyatlarının reyestri (bundan sonra - Reyestr) elektron hökumətin informasiya təminatının əsasını təşkil edən bu vasitələrin sistemli qaydada qeydiyyatının aparılmasına, onların mövcudluğu barədə məlumatlandırılmasına və təkrarlanmasının qarşısının alınmasına, həmçinin varisliyinin (dövlət əhəmiyyətli resurs və sistemlərin qorunub saxlanılmasına) təmin edilməsinə imkan verir. Reyestr "Elektron hökumət" portalının tərkib hissəsi kimi istifadə olunmaqla, qarşılıqlı sorğular göndəriləcək informasiya ehtiyatlarının müəyyənləşdirilməsinə və bu əlaqələrin həyata keçirilməsinə köməklik göstərir.".

 

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 2.