Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹
205 Bakı şəhəri, 7 avqust 2013-cü il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2011-ci il 24 noyabr
tarixli 191 nömrəli qərarı ilə
təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
"Elektron hökumət" portalı haqqında
Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi
ilə bağlı tədbirlər barədə" Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli
813 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə
1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹
11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 5 iyul tarixli 170 nömrəli qərarı) ilə təsdiq
edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.1.8-ci
yarımbənd aşağıdakı redaksiyada
verilsin:
"2.1.8
"Elektron hökumət" portalı -
dövlət orqanlarının elektron xidmətlərinin
mərkəzləşdirilmiş qaydada təqdim
olunmasına, istifadəçilərin onlardan
istifadəsinə, dövlət orqanlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) müvafiq
sənədlər barədə qanunla
müəyyən edilmiş qaydada informasiya əldə
edilməsinə xidmət edən internet informasiya ehtiyatı;";
1.2.
aşağıdakı məzmunda 6.2.3-1-ci yarımbənd əlavə
edilsin:
"6.2.3-1.
elektron xidmətlərin, informasiya
sistemlərinin və ehtiyatlarının "Elektron
hökumət"
portalına
qoşulmasının təmin edilməsi üçün
Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Elektron
hökumət" portalı haqqında Əsasnamə"yə
uyğun tədbirlər görmək;";
1.3. 11.4-cü
bənd aşağıdakı redaksiyada verilsin:
"11.4. "Elektron hökumət"
portalının fəaliyyətinin
təşkili Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, təhlükəsizliyinin
təmin edilməsi həmin nazirliklə birgə Azərbaycan
Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin Xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi
tərəfindən həyata keçirilir.".
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 25 avqust.- S. 2.