Abituriyentlərin
BANM-ə marağı rekord həddə
çatıb
ARDNŞ-nin Bakı Ali
Neft Məktəbinə (BANM) qəbul
kampaniyasının göstəriciləri bu
təhsil ocağının test
imtahanlarında yüksək bal
toplamış abituriyentlərin diqqət mərkəzində olduğunu bir daha sübut etdi.
BANM-in qəbul elan etdiyi ixtisaslar
üzrə minimal keçid
balları müvafiq olaraq
neft-qaz mühəndisliyi ixtisası
üzrə dövlət sifarişli yerlərə
648, ödənişli yerlərə 637, proseslərin
avtomatlaşdırılması mühəndisliyi ixtisası
üzrə 650, kimya mühəndisliyi
ixtisası üzrə 634 bal olub. İxtisaslar üzrə
orta ballar uyğun
olaraq 661, 669 və 646, ümumiyyətlə,
ali məktəb üzrə 656 bal təşkil edib.
Keçən il isə bu
rəqəm 631 bal idi.
Ali məktəbə qəbul
olanların 50 faizi 650-dən çox bal toplamış
abituriyentlərdir. Onlardan 48-i Azərbaycan,
12-si rus bölməsində təhsil
alanlardır.
Neft-qaz mühəndisliyi
ixtisası üzrə maksimal göstərici
685, proseslərin avtomatlaşdırılması mühəndisliyi
ixtisası üzrə 690, kimya mühəndisliyi
ixtisası üzrə isə 695 bal olub.
I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək, yəni,
695 bal toplamış iki
abituriyentdən biri- Sevinc
Qafarlı BANM-i seçib
və kimya mühəndisliyi ixtisasına
qəbul edilib.
Bu göstəricilər
ölkəmizdə həyata keçirilən neft
strategiyasının perspektivlərinə olan
inamı, istedadlı gənclərin mühəndislik
ixtisaslarına marağını əks etdirir.
Bunlar eyni zamanda, ARDNŞ-nin
reallaşdırdığı layihələrin perspektivləri
və BANM-in cəmiyyətdə nüfuzunun ildən-ilə artması ilə
bağlıdır.
Azərbaycan. - 2013.- 25 avqust.- S. 2.