Naxçıvanda yeni taxıl anbarları istifadəyə verilib
"Naxçıvan
Taxıl Məmulatları Sənaye Kompleksi"
MMC-nin yeni taxıl
anbarları istifadəyə verilib.
Naxçıvan MR Ali Məclisinin Sədri
Vasif Talıbov açılış mərasimində
iştirak edib.
Tədbirdə
çıxış edən V.Talıbov bildirib
ki, 9 min ton taxılı uzun
müddət saxlamağa imkan
verən yeni anbarların tikilməsi və
toxumçuluq təsərrüfatının
yaradılması müəssisəni tam sənaye
kompleksinə çevirmişdir. Hazırda komleksdə 27 min ton taxılı uzunmüddətə saxlamağa imkan verən
taxıl ehtiyatı anbarları, illik istehsal gücü 73 min ton olan
un dəyirmanı, laboratoriya,
quşçuluq və heyvandarlıq təsərrüfatlarının
inkişafında mühüm rol oynayan qüvvəli yem istehsalı müəssisəsi fəaliyyət
göstərir. Həmçinin ərazidə istehsal
olunmuş məhsulları saxlamaq
üçün anbarlar
vardır. Yeni anbarların qurulması və
toxumçuluq təsərrüfatının
yaradılması sənaye müəssisəsinin fəaliyyətini
daha da genişləndirəcək.
Kompleksin nəzdində yeni toxumçuluq təsərrüfatının
yaradılması muxtar respublikada
keyfiyyətli taxıl toxumuna olan tələbatın ödənilməsində
mühüm əhəmiyyətə malik olacaq. Təsərrüfatda
məhsuldar toxumların seçilməsi, dərmanlanması üçün lazımi şərait
yaradılıb. Bu da
taxılçılıqla məşğul olan
sahibkarların və torpaq mülkiyyətçilərinin
keyfiyyətli və məhsuldar toxum
sortları ilə təmin olunmasına imkan
verəcək. Hazırda payızlıq taxıl əkini üçün muxtar
respublikanın toxumçuluq təsərrüfatlarında
1000 tona yaxın toxum
ehtiyatı var. Bunun da 250 tonu
"Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi" MMC-nin toxumçuluq təsərrüfatında
saxlanılır. Müəssisə üçün
500 hektar əkin sahəsi də
ayrılıb.
Bu il kompleksin Taxıl Ehtiyatı Anbarında 3 yeni bunker
quraşdırılıb. Yaradılan şərait anbarlara saatda 150 ton taxıl qəbul etməyə, 1125 ton taxılı isə buraxmağa
imkan verir. Daxil olan taxıl
xüsusiyyətinə və növünə görə
ayrılır və elevatorlar vasitəsilə
bunkerlərə ötürülür. Burada taxılın saxlanılması üçün bütün
lazımi şərait yaradılıb. Anbarda
elektron tərəzi və
qaldırıcı lift qoyulub.
Ərazidə yanğın təhlükəsizliyi də nəzərə
alınmış, əlavə 100 ton tutuma malik olan
yeni su hovuzu
tikilib.
Ekoloji və gigiyenik
normalara cavab verən
müəssisədə taxılın qəbulu,
çeşidlənməsi və təmizlənməsi, o cümlədən un
istehsalı tam
avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yaradılan şərait muxtar respublikada istehsal olunan taxılın
uzun müddət saxlanmasına, eləcə
də il boyu əhalinin
keyfiyyətli un məhsulları ilə təmin
olunmasına imkan verəcək.
Taxıl
anbarlarının istifadəyə verilməsindən sonra toxumçuluq təsərrüfatlarında
yetişdirilən buğda sortlarına
baxış olub. Naxçıvan
MR-nın kənd təsərrüfatı naziri
Elşad Əliyev bildirib
ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin
olunmasında taxıl istehsalının artırılması mühüm yer tutur. Taxılçılıqda məhsuldarlığa
təsir edən güclü amillərdən
biri məhsuldar toxum
sortlarının yaradılmasıdır. Bu
istiqamətdə muxtar respublikada
mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları
yaradılır, onlar müasir
kənd təsərrüfatı texnikaları ilə təmin olunur.
Həyata
keçirilən aqrar siyasətin, göstərilən
dövlət qayğısının nəticəsində muxtar respublikada
taxılçılığın inkişafı üçün hərtərəfli şəraitin
yaradıldığını bildirən Ali
Məclisin Sədri Vasif Talıbov
vurğulayıb ki, Naxçıvan MR-də
torpaqların özəlləşdirilməsi,
taxıl əkini üçün güzəştlərin
tətbiqi əkin sahələrinin genişləndirilməsinə,
məhsul istehsalının artırılmasına səbəb
olub. Eyni zamanda, torpaq mülkiyyətçilərinin
lazımi kənd təsərrüfatı texnikaları və
gübrələrlə təmin olunması bu
sahəyə olan marağı
artırıb. Mütərəqqi əkin
üsullarının tətbiqi, göstərilən düzgün aqrotexniki qulluq bol məhsul
istehsalında əsas şərtdir. Ona
görə də keyfiyyətli və bol məhsul
istehsalına əkin sahələrinin genişləndirilməsi
hesabına deyil, məhsuldarlığın
artırılması yolu ilə nail olmaq lazımdır. Bunun üçün muxtar respublikada hərtərəfli
şərait vardır. Hazırda muxtar respublikada 9 toxumçuluq
təsərrüfatı fəaliyyət göstərir.
Naxçıvan
MR-də torpaq mülkiyyətçiləri
yerli iqlimə
uyğunlaşdırılmış məhsuldar toxum sortları ilə təmin edilməli, suvarma suyu və kənd təsərrüfatı
texnikaları ilə təminat bundan sonra da diqqət mərkəzində
saxlanılmalıdır.
Məlumat verilmişdir ki, bu ilin payızında muxtar respublikanın taxıl əkini sahələrində
"Bezostaya -1", "Qobustan",
"Qiymətli 217", "Əzəmətli 95", "Dağ-daş", "Ceyhan-99", "Moskviç", "Guadilop"
buğda sortlarının əkilməsi nəzərdə
tutulub. Bu toxum sortlarının əkin dövriyyəsinə
daxil edilməsi orta məhsuldarlığın
artmasına səbəb olmuşdur. Hazırda
muxtar respublikada kifayət
qədər toxumluq buğda
ehtiyatı yaradılıb.
Həmçinin
əkin sahələrində aqrotexniki tədbirlərin
görülməsi də diqqət mərkəzində
saxlanılır. Belə ki, taxıl sahələrində
alaq otlarına və gəmiricilərə
qarşı mübarizə məqsədilə lazımi qədər
herbisid və sink-fosfid
preparatı tədarük olunub. Eyni zamanda, kənd təsərrüfatı
ilə məşğul olan
sahibkarların və torpaq mülkiyyətçilərinin
maarifləndirilməsi, məlumat kitabçalarının
paylanması və təcrübə mübadiləsinin
aparılması da diqqət mərkəzində
saxlanılır.
Elxan
MƏMMƏDOV
Azərbaycan. - 2013.- 25 avqust.- S. 4.