Təhsil naziri Siyəzəndə vətəndaşları
qəbul etmişdir
Avqustun 24-də təhsil naziri Mikayıl Cabbarov Siyəzən
şəhərindəki Heydər Əliyev Mərkəzində
bu rayondan, habelə Quba, Qusar, Xaçmaz,
Şabran və Xızı rayonlarından
gəlmiş vətəndaşları qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, müvafiq rayonların təhsil şöbələri
müdirlərinin, həmçinin nazirliyin
digər əlaqədar struktur rəhbərlərinin
də iştirak etdikləri qəbulda vətəndaşlar
əsasən işə götürülmə, məktəb
və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi,
buraxılış və qəbul imtahanları, təhsil
haqqı və köçürmələrlə bağlı
müraciətlər etmişlər.
Hər bir vətəndaşın müraciəti diqqətlə
dinlənilmiş, əksər məsələlər yerindəcə
həllini tapmışdır. Bir sıra
müraciətlərlə əlaqədar nazirliyin
müvafiq qurumlarına
tapşırıqlar verilmişdir.
Azərbaycan. - 2013.- 25 avqust.- S. 4.