Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Nikolaye Timoftiyə

 

Hörmətli cənab Prezident!

 

Sizi dost Moldova xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaqdır.

Hörmətli cənab Prezident, sizə möhkəm cansağlığı, xoşbəxtlik uğurlar, Moldova xalqına sülh firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 24 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 1.