Fəxri adlara görə aylıq təqaüdlərin
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafında xidmətlərinə
və yüksək peşə ustalığına
görə fəxri adlara layiq görülmüş
şəxslərin sosial
müdafiəsini gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədilə
qərara alıram:
1. Fəxri adlara görə aylıq təqaüdlərin
məbləği 2 dəfə artırılaraq "Xalq" fəxri adı üçün
100 (yüz) manat,
"Əməkdar" fəxri adı üçün
60 (altmış) manat müəyyən edilsin.
2. "Fəxri adlara görə
aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli
878 nömrəli sərəncamının 1-ci hissəsində
"250 min manat" və
"150 min manat"
sözləri müvafiq olaraq
"100 manat" və "60 manat" sözləri ilə əvəz
edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
4. Bu sərəncam 2013-cü il
sentyabrın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 26 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 27 avqust.- S. 1.