Onilliklərə bərabər on il
İllər də insanlar kimidir.
Dünyaya gəlir, ömür sürür,
vaxt-vədə yetişəndə dünyadan
"köç" edirlər. Hər
insan öz ömrünün körpəlik, yeniyetməlik, gənclik
və ahıllıq çağlarını
yaşadığı kimi, illər də yaz, yay, payız və
qış fəsillərini başa vurub tarixə
çevrilirlər. Şeirlə desək:
İllər
də insan tək gəlir dünyaya,
İllər
də insan tək qocalıb gedir.
İllər
var, dünyaya doğur Günəş tək,
İl də
var dünyadan bac alıb gedir.
Lakin təbiət hadisələrini nəzərə
almasaq, günləri, ayları, illəri mənalı,
unudulmaz edən insan zəkası, insan əməlləridir.
Elə buna görə də insan övladı
yaranmışların ən alisi, əşrəfi
sayılır. Bəşəriyyətin,
öz ölkəsinin xoşbəxtliyi, firavanlığı
üçün çalışanlar isə Allah dərgahının
ən yüksəkliyində dayanırlar. Bunları
düşündükcə ölkəmizin tarixində
mühüm rol oynayan son on il
gözümüz qarşısından gəlib keçir.
Düzdür, Azərbaycanın minilliklərə
bərabər qədim tarixi vardır. Əsrlərin, eraların o tayından boylanır
tarixi abidələrimiz. Ötüb
keçən həmin dövr ərzində digər xalqlar,
ölkələr kimi doğma Vətənimiz də kərpic-kərpic
qurulub. Ancaq Azərbaycanın ən
uğurlu inkişafı keçən əsrin 70-ci illərindən
başlamışdır. O vaxta kimi Azərbaycan
keçmiş SSRİ məkanında geridə qalmış
respublikalardan biri idi. Ümummilli lider Heydər
Əliyev rəhbərliyə gəldikdən sonra bütün
sahələrdə əsaslı dönüş yarandı.
Ali məktəblərə tələbə qəbulunda
obyektivlik bərqərar oldu, az müddətdən
sonra ən bilikli, istedadlı gənclər sovetlər
birliyinin ən nüfuzlu ali təhsil ocaqlarında oxumaq
hüququ qazandılar. Xalq təsərrüfatının
sənaye, kənd təsərrüfatı bölmələrində
qısa zaman ərzində nailiyyətlər əldə edildi.
Yeni-yeni zavodlar, fabriklər işə
düşdü. İndi fəaliyyət
göstərən həmin müəssisələr o illərin
yadigarlarıdır. Kənd təsərrüfatının
bütün sahələrində -
pambıqçılıqda, üzümçülükdə,
heyvandarlıqda rekord göstəricilər əldə olundu.
İnsanların yaşayış tərzi,
gün-güzəranı da aybaay, ilbəil
yaxşılaşmağa başladı. Ədəbiyyat,
mədəniyyət, elm sahələrində əldə edilən
böyük uğurlar xalqımızın mənəvi cəhətdən
zənginliyini bir daha əyani olaraq sübuta yetirdi.
Neçə-neçə əmək adamlarımız,
şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız,
rəssamlarımız, incəsənət ustalarımız o
dövrün ən yüksək mükafatı olan Sosialist
Əməyi Qəhrəmanı adına
layiq görüldülər, orden-medallarla təltif olundular. Bir sözlə, Azərbaycan geriliyin, ətalətin
daşını ataraq ən qabaqcıl respublikalar
sırasına çıxdı.
Bütün bunlar isə
xalqımızın böyük oğlu Heydər Əliyevin
yorulmaq bilmədən apardığı işin, məqsədyönlü
siyasətin nəticəsi idi. Zəhmətsevərliyi, prinsipiallığı,
dönməzliyi, Azərbaycanın şərəf və ləyaqətini
uca tutması ulu öndərə xalqın böyük məhəbbət
və ehtiramını qazandırmışdı. Elə buna görə 1990-cı ildə
respublikamız çətin vəziyyətə düşəndə,
"ölüm və ya olum" dilemması
qarşısında qalanda xalqımız çətin
sınaqlardan cəsarətlə çıxmış mərd
və müdrik rəhbərinin hakimiyyətə
qayıtmasını təkidlə tələb etdi. Heydər Əliyev hakimiyyətə qayıtdı və
idrakının, təcrübəsinin, polad iradəsinin
gücü ilə baş
alıb gedən anarxiyanı,
özbaşınalığı, xaosu, hərc-mərcliyi
qısa bir zamanda aradan qaldırdı. Uğurlu xarici və
daxili siyasət nəticəsində atəşkəs əldə
edildi, dağılmış, bərbad hala salınmış
iqtisadiyyatın bərpası üçün ardıcıllıqla tədbirlər həyata keçirildi. Ölkənin
müstəqilliyinin
inkişafına əngəl törədən
bütün qüvvələr neytrallaşdırıldı. Yaradılan sabitliyi görən xarici investorlar Azərbaycana
üz tutdular. 1994-cü ilin payızında imzalanan
"Əsrin müqaviləsi" ölkəmizin tarixində
mühüm hadisə oldu. Digər islahatlar nəticəsində
torpaqlar kəndlilərə qaytarıldı, bazar
iqtisadiyyatına keçid sürət götürdü.
Ulu öndər müstəqil Azərbaycanın
xoşbəxt gələcəyinə inanaraq deyirdi ki, bizim
başladığımız işlərin nəticələrini
gələcək nəsillər görəcəklər.
Bu, belə də oldu.
O vaxtdan keçən on il ərzində
ölkəmizin həyatında misli görünməmiş
hadisələr baş vermişdir. Öncə
qeyd edək ki, xarici siyasət sahəsində böyük nəaliyyətlər
əldə olunmuşdur. İndi beynəlxalq
aləmdə Azərbaycanın dostları və tərəfdaşları
durmadan artır. Daxildəki məsələlərin
həllinə gəldikdə isə bütün işlər
göz qabağındadır. Neftdən gələn
ilk gəlirlər quruculuğun, sosial həyatın ən
mühüm sahələrinə yönəldildi. 11 fevral 2004-cü ildə "Regionların
sosial-iqtisadi inkişafı" ilk Dövlət Proqramı qəbul
edildi. Bununla da, bölgələrin həyatında
inkişafa, tərəqqiyə start verildi. Hər yerdə canlanma, yüksək əhval-ruhiyyə
yarandı. İlk olaraq ən ciddi məsələ
olan elektrik enerjisi probleminin həllinə diqqət yetirildi.
Şəhər və rayon mərkəzlərində
elektrik stansiyaları tikilib istifadəyə verildi. Bundan sonra ən ucqar dağ rayonlarına gedən,
lakin uzun müddət baxımsızlıq üzündən bərbad
hala düşmüş avtomobil yolları əsaslı şəkildə
yenidən quruldu. Həyata keçirilən
bu infrastruktur layihələri hər bir rayonda digər məsələlərin
həllinə kömək etdi. Yeni istehsal sahələri
yaradıldı, əhalinin məşğulluq səviyyəsi yüksəlməyə
başladı. Ölkənin inkişafında,
millətin gələcəyində prioritet məsələ
olan təhsilə böyük önəm verildi. Dünya standartlarına cavab verən yeni məktəb
binaları tikildi, köhnələri əsaslı təmir
edildi, maddi-texniki bazaları möhkəmləndirildi. Nəticədə təhsilin səviyyəsi yüksəldi.
İndi Azərbaycan gəncləri həm də
dünyanın ən nüfuzlu ali məktəblərində
təhsil alırlar. Əhalinin
sağlamlığının təmin edilməsi
üçün isə yeni klinikalar, müalicə diaqnostika mərkəzləri
tikildi, xəstəxanalar, həkim ambulatoriyaları, tibb məntəqələri
təmir edildi. Mədəniyyət və
incəsənət sahəsində qazanılan uğurlar da hər
bir azərbaycanlının qəlbində iftixar hissi
doğurur. İndi Azərbaycan mühüm beynəlxalq
tədbirlərə ev sahibliyi edir. Artıq bir neçə ildir ki, Qəbələdə
müsiqi festivalı keçirilir. Mütəmadi
olaraq təşkil edilən muğam festivalları isə
milli-mənəvi dəyərlərimizə verilən ən
yüksək qiymətdir.
Gənclər siyasəti nəticəsində
aparılan məqsədyönlü tədbirlər də
öz səmərəsini verir. Gənclər cəmiyyətimizin aparıcı
qüvvəsi olaraq əsl vətənpərvərlik nümunəsi
göstərirlər. İdmançılarımızın
qazandığı qələbələr buna parlaq nümunədir.
Onlar idmanın müxtəlif növləri
üzrə keçirilən beynəlxalq turnirlərdə
parlaq qələbələr əldə edərək
üçrəngli bayrağımızı
dalğalandırır, himnimizi səsləndirirlər. Regionda bir-birinin ardınca istifadəyə verilən
Olimpiya idman kompleksləri gələcək uğurlar
üçün möhkəm təməldir. Bunlara görədir ki, indi Azərbaycan beynəlxalq
aləmdə idman ölkəsi kimi də tanınır.
Regionların inkişafına gəldikdə
isə görülən işləri hərtərəfli əhatə
etməkdə, əks etdirməkdə qələm özü
belə, aciz qalır. Nədən
başlayasan, harada bitirəsən? Hər
yer təzələnir, yeni görkəm alır,
tikinti-quruculuq, abadlıq işlərində rayonlar
sözün yaxşı mənasında, rəqabət
aparırlar. Bir-birindən
yaraşıqlı yaşayış evləri, ictimai binalar
tikilir, parklar, xiyabanlar salınır, küçələr,
səkilər çəkilir. Salınan
yaşıllıqlar quruculuq işlərinə yeni rəng
qatır, ən müasir işıqlandırma sistemləri gecələri
çıraqban edir. İndi
ayrı-ayrı regionlarda beynəlxalq aeroportlar var. Bu
inkişafın nəticəsidir ki, bir sıra tədbirlər
artıq regionlarımızda keçirilir.
Turizmin inkişafı üçün tədbirlər
görülür. Çəkilən geniş
yollar, salınan meşəliklər hər kəsdə
rahatlıq yaradır, məmnunluq hissi doğurur. Regionların sosial-iqtisadi inkişafı ikinci
Dövlət Proqramına əsasən, indi ölkəmizin hər
yerində mühüm layihələr həyata keçirilir.
Kənd yolları abadlaşdırılır,
yaşayış məntəqələrinə təbii qaz
çəkilir, içməli su və kanalizasiya məsələləri
həll edilir.
Şəhərlər şəhəri
olan Bakımız bu gün başqa donda, başqa
büsatdadır. Dünyanın müxtəlif
qitələrindən, ölkələrindən gələn
qonaqlar ona vurulmaya, heyran olmaya bilmirlər.
Görülən işlər isə
güclü iqtisadiyyatın real nəticəsidir.
Dünyanın bir çox ölkələrində
iqtisadi böhran, işsizlik baş alıb getdiyi zamanda Azərbaycanda
sənayenin artım tempi aşağı düşmür.
İndi Cənubi Qafqazda heç bir siyasi,
iqtisadi məsələ ölkəmizin iştirakı olmadan həll
olunmur.
Bəli, dediklərimiz son on ilin qısa və
tam olmayan xronikasıdır.
Yaşadığımız, yola saldığımız bu on
il onilliklərə bərabərdir. Bunlar isə bir Azərbaycan vətəndaşı
kimi hər birimizi sonsuz dərəcədə sevindirir.
Bəli,
bəli, hər tərəfdə
bir
yüksəliş,
bir tərəqqi.
Bu
gün artıq böyük-böyük
ölkələrin
sırasında
kosmosda da
öz yerimiz,
peykimiz
var.
İllər
ilə görülən iş,
salınan
bağ
indi artıq yetirir bar.
Dünəninə,
bu gününə
nəzər
salıb
oğlun, qızın fərəhlənir,
dost
sevinir.
Hər
birinin sinəsində
çırpınaraq
pöhrələnən neçə-neçə
arzu, istək
dilək
dinir.
Qaranlığa
işıq saçan
xoş, mehriban gözlər gülür.
Ağ bənizli,
qara xallı
üzlər
gülür.
Sevincindən
dilə gələn
milyon-milyon ürəklər də
belə
deyir:
-
Yüksəlişin mübarəkdir,
Azərbaycan!
Seyran
CAVADOV
Azərbaycan. - 2013.- 27 avqust.- S. 5.