Uğurlarımızın
təminatı
Hər
bir xalqın zəngin mənəvi-intellektual
potensialının, milli məfkurə və
özünüdərk hissinin konkret zamanda parlaq şəkildə üzə
çıxması, minilliklər boyu zənginləşən
dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi
uzunmüddətli təkamül prosesinin məntiqi
nəticəsi
kimi nəzərdən keçirilir.
Bu mənada, xalqların azadlıq istəyi,
müstəqil yaşam uğrundakı
mübarizəsi onların millət kimi
formalaşıb vahid dövlətdə
birləşməsi bütün
zamanların ən vacib şərtlərindən
biri olmuşdur.
Müstəqilliyimizin
ilk illərindəki hərc-mərclik və
xalqımızın maraqlarına zidd siyasət,
iqtisadiyyatın zəifləməsi və milli
sərvətlərin talan edilməsi dərin
siyasi-iqtisadi böhran
ilə nəticələndi. 1993-cü ilin
iyun ayında xalqın tələbi və
təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda
yenidən siyasi hakimiyyətinə
qayıdışı - BÖYÜK QURTULUŞ - ölkəmiz
üçün yeni
səhifə açdı. Bu tarixdən
etibarən, ölkədə formalaşmağa
başlayan yeni siyasi kurs vətəndaş
müharibəsi təhküləsini aradan
qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər
Əliyevin dövlət quruculuğu siyasətinin
gerçəkləşməsinə gətirib
çıxardı.
Uğurlu
siyasətin nəticələri
Həyata
keçirilən islahatlar 2003-cü ildən
başlayaraq daha da intensivləşdirildi, Azərbaycanın
uzunmüddətli sabitliyini, dünya dövlətləri içərisində
yüksək nüfuz sahibi
və etibarlı tərəfdaş olmasını, vətəndaş
həmrəyliyini və həyat səviyyələrinin
yaxşılaşmasını,
sosial infrastrukturun
inkişafını, yoxsulluğun
azaldılmasını, işsizliyin minimuma endirilməsini və s.
təmin etdi. Beləliklə,
inkişafın Azərbaycan modelinin əsası
qoyuldu.
Keçid dövrünü
başa vuran
respublikamız bu gün
özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini
müəyyən edən bir ölkədir.
Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək
islahatçı ölkə kimi
tanınır. Artıq on ildir
ki, müxtəlif sahələrdə həyata
keçirilən siyasət, uğurla tamamlanan islahatlar,
genişmiqyaslı layihələr milli
iqtisadiyyatın güclənməsinə və tam formalaşmasına gətirib çıxarıb.
Avropanın enerji təhlükəsizliyində mühüm aktor olan Azərbaycan bu sahədə
mühüm nailiyyətlərə imza atmışdır. Bir
zamanlar bəzilərinin pessimist
yanaşdığı "Əsrin müqaviləsi" böyük uğurlar vermişdir. Belə ki,
ötən illərdə Baki-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə salınaraq neftimizin və təbii qazımızın Avropa bazarlarına çıxarılması təmin
olunmuşdur. Bu sahədə
digər mühüm uğur
isə uzun illər Şimal
qonşumuz Rusiyadan qaz alışı dayandırılmış,
Azərbaycan qazının bu ölkəyə
ixracı başlamışdır.
Azərbaycan öz vətəndaşının
hüquqlarını nəinki milli sərhədlər
daxilində, həmçinin beynəlxalq arenada
da müdafiə edir,
dəstəkləyir. Məhz həyata keçirilən islahat nəticəsində əhalinin keçmiş sovet əmanətləri
geri qaytarılmağa
başlanmışdır. Bundan əlavə, ilk dəfə ipoteka kreditlərinin verilməsi şəxsi mənzil
arzusunda olanları sevindirmiş,
sabaha olan ümidini artırmışdır. Əlillərə
dövlət qayğısının güclənməsi, Qarabağ müharibəsi veteranlarına,
şəhid ailələrinə heç bir maddi qarşılıq
olmadan mənzillərin, həmçinin minik avtomobillərinin verilməsi bu istiqamətdə mühüm
addım hesab olunur.
Beləliklə, həyata keçirilən kompleks
tədbirlər nəticəsində sadə Azərbaycan vətəndaşının
Prezidentə olan inamı özünü
doğrultmuş, gələcək uğurlara körpü olmuşdur.
Hücumçu
və müstəqil xarici siyasi
xətt
Bəşəriyyətin
ən yeni tarixinin əsas
əlamətlərindən biri
dünyanın demək olar ki, bütün qitələrində
böyük dövlət
qruplarının qlobal siyasi
modernləşmə prosesinə daxil
olması, buradakı hakimiyyətlərin qlobal
miqyas alan demokratik idarəetmə yolunu
tutması ilə bağlıdır. Şərqlə Qərbin arasında körpü olan Azərbaycan
həm sivilizasiyaların qovşağı, həm də mühüm geosiyasi və
geoiqtisadi amildir. Bütün bunlar istər regionda, istərsə
də onun hüdudlarından kənarda Azərbaycana
olan münasibəti müəyyələşdirir.
Əgər müstəqillik illərinin
başlanğıcında ölkəmiz xarici
güc mərkəzlərinin strateji səciyyəli həmlələri ilə
üzləşirdisə, müasir Azərbaycan
nəinki bu həmlələri
asanlıqla dəf edir, böyük
diqqət və siyasi manevrlərlə
lazımi məqamda hücumçu diplomatiya siyasətini həyata keçirir.
Əlbəttə,
bütün bunlar
1993-cü ilin ikinci
yarısından başlayaraq və
2003-cü ildən yeni forma
və mahiyyət qazanaraq həyata
keçirilən düşünülmüş
siyasətin məntiqi davamıdır. Son on ildə xarici siyasətdə
əldə etdiyimiz uğurlar
Azərbaycanın beynəlxalq arenada güclü tərəfdaş kimi
tanınmasına səbəb olmuşdur.
Bu gün respublikamız Avropa
Şurası, Avropa Parlamenti,
Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı,
Müstəqil Millətlər Birliyi və
s. kimi nüfuzlu
beynəlxalq təşkilatların fəal üzvü,
mühüm əməkdaşıdır. Belə ki,
Azərbaycanın BMT məkanında nüfuzunun
artması, bu qurumda rolunun güclənməsi özünün
bir daha 2011-ci il oktyabr ayının 24-də
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi ilə
göstərilmişdir.
Beləliklə,
2003-2013-cü illər ərzində xarici
siyasət sahəsindəki uğurlarımızı gözdən
keçirsək, qürurla deyə bilərik
ki, ölkəmiz regionun
lideri, həm də dünya
hegemonlarının əməkdaşlıq etməkdə maraq göstərdiyi bir
dövlətdir.
Güclü
ordu müstəqilliyin əsas şərtlərindəndir
Azərbaycanda ordu quruculuğu
prosesi böyük uğurla gedir.
Silahlı
Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi,
maddi-texniki bazası və döyüş
qabiliyyəti möhkəmləndirilir. Ordu quruculuğunda
həyata keçirilən islahatlara nəzər
salsaq görərik ki,
son 10 ildə hərbi xərclər 23 dəfə
artırılmış, Hərbi Hava
Qüvvələrini gücləndirməklə təcavüzkar
Ermənistan üzərində əzici üstünlük
əldə edilmiş, Xəzərdə ikinci ən böyük
donanma formalaşdırılmış, yeni adda və növdə
silah istehsal etməklə
ölkəmiz beynəlxalq hərbi sərgilərdə Azərbaycan
modeli ilə təmsil olunmuşdur.
Azərbaycanda yerli hərbi istehsal inkişaf etmiş, çoxlu hərbi
zavodlar istifadəyə verilmişdir.
Bu zavodlarda 750 adda məhsul istehsal edilir. Azərbaycan bütün
növ patronları istehsal
edir. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli
maşınlar, snayper tüfəngləri,
pilotsuz təyyarələr - bütün bunlar ölkəmizdə
istehsal olunur.
Ölkəmiz son illər ərzində hərbi məqsədlər
üçün çox
böyük vəsait xərcləmişdir.
Müqayisə üçün deyə bilərik
ki, 2003-cü ildə bizim
hərbi büdcəmiz 163 milyon dollar idi, 2012-ci ildə bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara
çatmışdır. Yəni, bu,
özlüyündə onu göstərir ki, ordu quruculuğu
prioritet məsələdir. Göstərilən rəqəmlər deməyə əsas
verir ki, bu gün ölkə
büdcəsindən, sadəcə, hərbi sənayenin
inkişafı üçün ayrılan
vəsait qorxan Ermənistanın ümumi dövlət büdcəsindən təxminən
iki dəfə çoxdur.
Ordu quruculuğu
elə bir spesifik sahədir
ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə
bitmir. Azərbaycan öz
ordusunun gücünü,
kardların hərbi peşəkarlığını
artırır, hərbi qüdrətini daim
yüksəldir. NATO ilə sıx və səmərəli
əməkdaşlığın əsas hədəfi də,
məhz ordu quruculuğu
prosesini sürətlə təkmilləşdirmək,
Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara
uyğunlaşdırmaqdır. Əsas məqsəd,
başlıca niyyət isə, heç
şübhəsiz, Azərbaycan ərazi bütövlüyünü
bərpa etmək, təcavüzkar erməni
daşnaklarını ölkə ərazisindən
çıxarmaqdır.
Azərbaycan
çoxsaylı uğurlara Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
şəraitində nail olmuşdur.
Beynəlxalq münasibətlər sisteminin aktoru kimi çıxış edən imperialist güclərin geostrateji
planları və bu planların fonunda Ermənistanın məkrli siyasəti nəticəsində
yaranmış Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq
normaları çərçivəsində həlli dövlətimizin
əsas vəzifələrindən biridir.
Danışıqlar prosesində rəsmi Bakının birmənalı
tələbi işğal olunmuş
torpaqların beynəlxalq hüquq
normaları çərçivəsində azad
olunması və ərazi bütövlüyümüzün
bərpa edilməsindən ibarətdir. Bu,
Azərbaycanın qəti və dəyişməz mövqeyidir.
Həyata
keçirilən rasional və praqmatik siyasət bu
münaqişə ilə bağlı dünya
dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün təmin
olunması istiqamətində bəyanatlarla
çıxış etməsinə səbəb olmuşdur. Bütün
bunların fonunda isə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən - Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll ediləcəyinə optimist və
real fikirlər səsləndirilir.
Gənclər
siyasəti real bəhrələrini verir
Gənclik körpüdür. Dünəndən
bu günə, bu
gündən isə sabaha olan
körpü. Dövlət
başçısı gənclərlə bağlı siyasətində
çoxsaylı yeniliklərin olduğunu
açıqlayaraq gəncliyin qarşısında üç mühüm vəzifənin
durduğunu qeyd etmişdir: "Peşəkarlığı
və intellektual səviyyəni
artırmaq, torpağa, yurda
bağlılıq və ən nəhayət, yüksək, insani keyfiyyətlərin
formalaşdırılması".
Azərbaycan cəmiyyətinin
avanqard gücünü
özündə ehtiva edən Yeni Azərbaycan Partiyası dövlət gənclər
siyasətinin uğurla həyata
keçirilməsində birbaşa iştirak edir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ətrafında birləşən 200
mindən çox gənclər ordusu bu gün
gənc nəslin düzgün tərbiyələnməsində
və sabaha daha
inamlı addımlarla irəliləməsində müstəsna
rola malikdir. YAP Gənclər
Birliyinin mütəmadi olaraq
həyata keçirdiyi "dəyirmi masa"lar, mühazirələr,
seminarlar, kreativ layihələr
partiyaya gənclərin axınını
sürətləndirib.
Azərbaycan
gənclərinin beynəlxalq tribunalarda
çıxışları, ölkəmizi, sadəcə, milli sərhədlər çərçivəsində
deyil, xarici ölkələrdə
layiqincə təmsil etmələri, əlbəttə, ölkə
rəhbərliyinin həyata keçirdiyi
məqsədyönlü siyasətin nəticəsidir. Sevindirici haldır ki, 22 illik müstəqillik
tariximizdə ictimai fəal gənclərin
200-dən artıq QHT-də birləşməsi, Azərbaycan
gənclər təşkilatlarının 30-dan artıq beynəlxalq
gənclər qurumlarında təmsil olunması ölkə gəncliyinin
aktivliyindən, kreativliyindən və hərtərəfli
hazırlığından xəbər verir. Ölkənin ictimai
həyatında gəncləri aparıcı qüvvəyə
çevirmək və onların sosial-iqtisadi
problemlərinin həllini təmin etmək məqsədilə
dövlət başçısı 2005-2009 və 2010-2015-ci
illəri əhatə edən "Azərbaycan gəncliyi"
dövlət proqramlarını təsdiq edib.
Dövlət quruculuğunda
gənclərin iştirakına şərait
yaradılması, gənc ailələrə kömək
göstərilməsi, güzəştli ipoteka
kreditlərinin verilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin
hüquqlarının qorunması, sosial
problemlərin həlli, gənclərin vətənpərvərlik
tərbiyəsi dövlət proqramının əsasını
təşkil edir. "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" da Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına,
elmi biliklərə dərindən
yiyələnmələrinə, dünyanın qabaqcıl
ölkələrinin təcrübəsini öyrənib
ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni
texnologiyaların mənimsənilməsinə, bir
sözlə, "neft kapitalını insan kapitalına çevirməyə" xidmət
edir.
Gənclərə
dəstək yönündə verilən mühüm
və əlamətdar qərarlardan biri də
ölkədə ilk dəfə "Gənclər
üçün Prezident
Mükafatı"nın təsis edilməsi oldu.
Prezidentin bu qərarı
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı çərçivəsində
2013-cü ilin iyulunda verildi. Mükafatın təsis edilməsi gənclərin
elm, mədəniyyət, ədəbiyyat və
incəsənət, təhsil və ictimai
fəaliyyət sahələrində nailiyyətlərini təşviq
etmək məqsədi daşıyır.
Beləliklə,
son on il
ərzində ölkə gənclərinə dəstək
istiqamətində bir sıra dövlət
proqramları qəbul edilmiş, gənclərə
dəstək fondu yaradılmış,
dövlət qulluğunda gənclərə
xüsusi üstünlük
verilmiş, gənclər təşkilatlarına
dəstək artırılmış
və s.
Hədəf
- 2020
XXI əsrin ilk onilliyində sürətlə
inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları,
bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri ölkələrin
sosial-iqtisadi həyatına
ciddi şəkildə
təsir etməkdədir.
Bu mənada, Azərbaycan da istisna deyildir.
Dövlət başçısı cənab İlham Əliyevin 2012-ci ilin
dekabr ayında imzaladığı "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının təsdiqlənməsinə dair sərəncamla Azərbaycanın növbəti
ildə inkişafının əsas istiqamətləri və
qarşıya qoyulan hədəfləri müəyyənləşdirildi.
Bu sənəd ölkənin
inkişafının yeni mərhələsini
başladır, əsas məqsəd isə bütün
göstəricilər üzrə dünyanın ən inkişaf etmiş ölkələrinin
sırasına daxil olmaqdır. Bu konsepsiyanın yerinə yetirilməsi nəticəsində
ölkəmiz 2020-ci ildə iqtisadi və siyasi cəhətdən inkişaf
etmiş, rəqabətqabiliyyətli
ölkə olacaq. Bəs bu
hədəflər hansılardır?
- Yeni iqtisadi model
formalaşdırmaq;
- Elmi potensial və innovativ fəaliyyəti, qeyri-neft
sektorunu, informasiya-kommunikasiya
texnologiyaları inkişaf etdirmək;
- Əhalinin,
habelə məcburi köçkünlərin rifah
halını daha da
yaxşılaşdırmaq;
- Nəqliyyat, tranzit və logistika infrastrukturunu, sosial
müdafiə sistemini təkmilləşdirmək;
- Təhsil
islahatları, qanunvericilik və struktur, səhiyyə islahatlarını davam etdirmək;
- Gənclərin
potensialını və idmanın inkişafını gücləndirmək;
- Söz və mətbuat
azadlığını qorumaq və vətəndaş
cəmiyyətini dərinləşdirmək;
- Mədəni
irsin qorunmasını diqqət mərkəzində
saxlamaq və s.
Beləliklə,
"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası həm də
qarşıdakı illərdə hakimiyyətin görəcəyi
işləri, aparacağı islahatları və
qarşıya qoyulan hədəfləri əks
etdirən sənəddir. Bütün qeyd olunanlara əsaslanaraq
demək olar ki,
qarşıdakı illərdə əldə ediləcək uğurlar miqyasına görə daha geniş, daha yaddaqalan olacaq!
Aytac
ƏLİYEVA,
Yeni
Azərbaycan Partiyası Gənclər Birliyinin
sədr müavini
Azərbaycan. - 2013.- 27 avqust.- S. 6.