Azərbaycan Yaponiya ilə seysmologiya
sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Milli Elmlər Akademiyasında Yaponiyanın
OYO-SHİNYEİ şirkətlərinin nümayəndələri
ilə görüş keçirilib.
AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda Seysmoloji Xidmətin yaranma tarixi, keçdiyi mərhələlər
barəsində qonaqlara ətraflı məlumat
verərək xidmətin bu gün inkişaf mərhələsində
olduğunu qeyd edib: "Ölkəmizdə seysmik
stansiyaların yeni və ən müasir avadanlıqlarla təmin edilməsi üçün mühüm
addımlar atılıb. Yaponiyanın zəlzələlərin
öyrənilməsi sahəsində böyük
təcrübəsi var. Bu
təcrübənin öyrənilməsi baxımından bu sahədə hər iki
ölkənin müvafiq təşkilatları
arasında əməkdaşlıq vacibdir.
Hesab edirəm ki, bu əməkdaşlıq həm Azərbaycan,
həm də Yaponiya üçün
faydalı olar".
Respublika Seysmoloji
Xidmət Mərkəzi tərəfindən Azərbaycanın bütün ərazisində seysmoloji
tədqiqatlar aparıldığını vurğulayan
akademik İ.Həbibbəyli
Naxçıvan Muxtar Respublikasında RSXM-in dörd seysmik stansiyasının fəaliyyət
göstərdiyini qeyd edib.
OYO-SHİNYEİ
şirkətinin prezidenti Toru
Kajvara isə Bakıya ikinci
dəfə səfər etdiyini və hər
dəfə burada çox
böyük inkişaf
gördüyünü deyib:
"Bir il əvvəl
Azərbaycana gələnə qədər mən inanmazdım
ki, Azərbaycanda seysmologiya
bu qədər inkişaf
edib. Ötən il səfərim
zamanı Respublika Seysmoloji
Xidmət Mərkəzinin Monitorinq Mərkəzində
oldum. Burada demək olar ki, hər şey Yaponiya ilə eyni səviyyədədir. İstər istifadə
olunan seysmik cihazlar və avadanlıqlar, istərsə də
tədqiqatların səviyyəsi".
AMEA Respublika Seysmoloji Xidmət
Mərkəzinin Baş direktoru,
geologiya-mineralogiya elmləri doktoru Q.Yetirmişli isə
Azərbaycan seysmologiyasının inkişafına hər zaman dövlət tərəfindən diqqət
göstərildiyini vurğulayıb. RSXM tərəfindən seysmoloji tədqiqatların kompleks
şəkildə aparıldığını bildirən baş direktor Azərbaycan
və Yaponiyanın OYO şirkəti arasında əlaqələrin
daha da inkişaf
etdirilməsinin zəruriliyini söyləyib.
Görüşdə
tərəflər arasında əlaqələrin genişləndirilməsi
üçün anlaşma
protokolunun imzalanması barədə ilkin razılıq əldə edilib.
Elçin
CƏFƏROV
Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.