Təhsilə
göstərilən diqqət və qayğı müsbət
nəticələrini verir
Müstəqillik
illərində təhsilə dövlət tərəfindən
göstərilən diqqət və qayğı göz
qabağındadaır. Respublikada 2 mindən
çox müasir tipli yeni məktəb tikilmiş, köhnə binalar
təmir edilmiş, əlavə sinif otaqları inşa olunmuşdur. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş,
ixtisaslı kadrlarla təmin
edilmişdır. Bütün bunlar isə təlim-tərbiyə işində öz
müsbət həllini tapmaqdadır. Bunu Salyan rayonunun timsalında
aydın görmək olar. Son
on ildə rayonda 17 yeni məktəb inşa edilmiş, 15 məktəbdə əsaslı təmir
işləri aparılmışdır. Peyk və Pambıqkənd kənd
məktəbləri isə Heydər Əliyev Fondunun
vəsaiti ilə tikilmişdir.
2012-2013-cü tədris ilində 480 yerlik
Qarabağlı, 360 yerlik Yolüstü,
220 yerlik Boranıkənd, 80 yerlik Quyçu kənd məktəbləri şagird və
müəllimlərin istifadəsinə verilmişdir.
Hazırda Salyan şəhərinin Plastmas
yaşayış sahəsində 640 yerlik
yeni məktəb binasında son tamamlama işləri görülür. Yeni məktəb
yeni dərs ilində öz
qapılarını şagirdlərin üzünə
açacaqdır. Şəhərin ucqar
hissəsində yerləşən sahənin uşaqları oxumaq üçün xeyli kənarda yerləşən məktəblərə
getməli olurdular. Bu,
onlar üçün
müəyyən problemlər yaradırdı. Yeni
məktəbin istifadəyə verilməsi uşaqları,
onların valideynlərini əzab-əziyyətdən xilas edəcəkdir. Salyan
şəhər 8 saylı, Qaraçala qəsəbə
və Dayıkənd kənd məktəblərinin şagirdləri
də təmir edilmiş tədris müəssisəsində
yeni dərs ilinə başlayacaqlar.
Hazırda Salyan rayonunda
54 məktəb vardır.
Həmin
məktəblərdə 1168 nəfər müəllim
şagirdlərin təlim
və tərbiyəsi
ilə məşğul
olur. Rayon üzrə
keçən il 313 məzun ali məktəblərə
qəbul olunub. Onlardan 43 nəfəri 500,
11 nəfəri isə
600-dən çox bal toplayıb. Ən çox bal toplayan
2 nəfər isə Prezident təqaüdünə
layiq görülüb.
Bu ilin nəticələri
də sevindiricidir.
Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının
keçirdiyi test imtahanlarında
rayonun tam orta məktəblərini bitirən
məzunlardan 18 nəfəri
600-dən çox bal toplamışdır
ki, bu da
keçənilkindən 7 nəfər
çoxdur.
Seyran
CAVADOV
Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.