Azərbaycanın
və Qazaxıstanın Fövqəladə Hallar
nazirlikləri arasında əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir
Azərbaycanın
fövqəladə hallar naziri,
general-polkovnik Kəmaləddin Heydərov
Qazaxıstanın ölkəmizdə yeni
təyin olunmuş səfiri Amangeldi Jumabayev ilə görüşmüşdür.
Fövqəladə
Hallar Nazirliyindən AzərTAc-a
bildirmişlər ki, nazir
Amangeldi Jumabayevi Azərbaycanda
diplomatik fəaliyyətə
başlanması münasibətilə təbrik etmiş və ona gələcək
fəaliyyətində uğurlar
arzulamışdır.
Görüşdə
nazir səfirə respublikada
fövqəladə halların qarşısının
alınması və nəticələrinin aradan
qaldırılması sahəsində görülən işlər,
nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti
barədə ətraflı məlumat vermişdir.
K.Heydərov həmçinin
ölkələrimizin Fövqəladə Hallar
nazirlikləri arasında mövcud əməkdaşlıq
əlaqələrindən razılığını ifadə
etmişdir. Səfir də öz növbəsində görüşə
görə təşəkkürünü bildirmiş
və gələcəkdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın
daha da dərinləşməsi
üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.