Dövlət Sosial Müdafiə Fondunun sədri Oğuzda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, avqustun 26-da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov qurumun Oğuz rayon şöbəsində bu rayondan, eləcə də Balakən, Zaqatala, Qax, Qəbələ rayonları, Şəki və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul etmişdir. Fondun vəzifəli şəxslərinin iştirakı ilə keçirilən qəbul zamanı məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların müraciətləri dinlənilmişdir.

Vətəndaşlar əsasən pensiyaların hesablanmasının bir sıra hüquqi aspektləri, güzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi, stajı və digər məsələlərlə bağlı müraciət etmişlər. Müraciətlərin ikisi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmuşdur.

Bütün müraciətlərə operativ qaydada baxılaraq həll edilmişmüvafiq tədbirlərin görülməsi barədə DSMF-nin vəzifəli şəxslərinə, şəhər və rayon şöbələrinin rəhbərlərinə göstərişlər verilmişdir. Eyni zamanda, DSMF-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.