Əmək
pensiyalarının baza hissəsinin
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, pensiyaçıların sosial
müdafiəsini gücləndirmək
məqsədi ilə qərara alıram:
1. Yaşa görə əmək
pensiyasının baza hissəsinin məbləği
2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna
tapşırılsın ki, Azərbaycanın
Milli qəhrəmanlarının və
şəhidlərin ailə üzvlərinin, əlillərin və
digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək
pensiyaları üzrə aylıq pensiya məbləğlərinin
bu sərəncamın 1-ci hissəsinə
uyğun olaraq
artırılaraq yenidən hesablanmasını təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
4. "Əmək
pensiyalarının baza hissəsinin
artırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli
1077 nömrəli sərəncamının 1-ci hissəsi ləğv
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 27 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 28 avqust.- S. 1.