ABŞ Azərbaycanlıları
Şəbəkəsi Füzuli, Cəbrayıl
və Qubadlı rayonlarının işğalı barədə
Amerika ictimaiyyətinin məlumatlandırılması
kampaniyasına başlamışdır
ABŞ Azərbaycanlıları
Şəbəkəsi (USAN) 1993-cü il avqustun 23-31-də Azərbaycanın üç rayonunun erməni
silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılmasına
dair yazılı kampaniyaya
start vermişdir.
Bununla bağlı yayılan
müraciətdə Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarından və 1988-1993-cü illərdə
azərbaycanlıların Ermənistandan və Azərbaycanın
Dağlıq Qarabağ regionundan
tamamilə qovulub
çıxarılmasından bəhs olunur.
ABŞ Azərbaycanlıları Şəbəkəsi
BMT Təhlükəsizlik Şurasının
işğalçı erməni qüvvələrinin Azərbaycan
ərazilərindən dərhal
çıxarılmasını tələb edən dörd qətnaməsinə Ermənistanın
qətiyyən məhəl qoymadığını diqqətə
çatdırır.
Kampaniya çərçivəsində
Amerika qanunvericilərinə, ABŞ
hökumətinin üzvlərinə, o
cümlədən dövlət katibi Con Kerriyə və yerli
kütləvi informasiya vasitələrinə
minlərlə məktub göndərilmişdir.
Yusif
BABANLI,
AzərTAc-ın
xüsusi müxbiri
Vaşinqton
Azərbaycan. - 2013.- 28 avqust.- S. 1.