Pekində «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013» kitabının Çin dilində nəşrinin təqdimatı olmuşdur

 

Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekin şəhərində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş nitqləri 2003-2013" kitabının Çin dilində nəşrinin təqdimat mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə Pekin Dünya Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ÇXR-in rəsmi şəxsləri, elm xadimləri, adamları, yerli KİV rəhbərləri, Rusiya və Qırğızıstanın bu ölkədəki səfirləri, Türkiyə, Venesuela, Moldova və Ukraynanın diplomatları iştirak etmişlər.

SAM-dan AzərTAc-a bildirmişlər ki, tədbiri Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov açmışdır. Ölkəmizin müstəqillik illərində keçdiyi yol haqqında tədbir iştirakçılarına məlumat verən səfir demişdir: "Azərbaycan iyirmi ildən çoxdur ki, müstəqillik şəraitində yaşayır. Bu dövr, xüsusən onun son on ili heç sadə olmamışdır. Tarix göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilk növbədə dövlət müstəqilliyinin qorunub saxlanmasına möhkəmləndirilməsinə yönəlmişdir".

Qeyd olunmuşdur ki, bir ictimai quruluşdan digər bir ictimai quruluşa keçilməsi yeni dövlət institutlarının təsis edilməsini,  iqtisadiyyatın strukturunun tamamilə dəyişdirilməsini, həmçinin respublikanın ərzaq enerji təhlükəsizliyinin təmin olunmasını tələb edirdi. Dahi Çin mütəfəkkiri Konfutsi deyirdi ki, heç kəsə dəyişikliklər dövründə yaşamağı arzu etməzdim. Azərbaycan məhz belə dövrü yaşamalı oldu. İndi inanmaq çətindir ki, 2000-ci illərin əvvəlində Azərbaycan qaz elektrik enerjisi idxal edirdi, yaranmış enerji böhranı isə vəziyyəti daha da ağırlaşdırırdı.

L.Qəndilov mərasim iştirakçılarına məlumat vermişdir ki, Prezident İlham Əliyev keçid dövrünün bu çətin vəzifələrini qısa müddət ərzində həyata keçirməyə nail olmuşdur. Azərbaycan iqtisadiyyatının dövrün tələblərinə cavab verən tamamilə yeni strukturu yaradılmışdır. Bu gün ölkə nəinki enerjiyə olan tələbatını ödəyir, eyni zamanda, qaz elektrik enerjisi ixrac edir, öz neftini xarici bazarlara çıxarır.

Azərbaycanın iki mühüm enerji layihəsini uğurla həyata keçirdiyini diqqətə çatdıran səfir daha sonra demişdir: "Bakı-Tbilsi-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmasına imkan yaratmışdır. Yaxın vaxtlarda isə Qərblə Şərqi birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Ölkəmizdə adambaşına düşən milli gəlir 7000 ABŞ dollarını ötüb keçmişdir, ölkənin valyuta qızıl ehtiyatları isə 50 milyard dollara yaxındır. Bu gün Azərbaycan başqa ölkələrin iqtisadiyyatına investisiya yatıran mühüm donor ölkələrdən birinə çevrilmişdir. Bütün bu nailiyyətlər yalnız daxili imkanlar hesabına düzgün, məqsədyönlü neft strategiyası sayəsində əldə olunmuşdur".

Xarici siyasət sahəsində qazanılan uğurlardan da danışan səfir qeyd etmişdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, dünyada sülhün sabitliyin qorunmasına böyük töhfələr verir. Bu, Prezident İlham Əliyevin son on ildə həyata keçirdiyi praqmatik siyasətin başlıca yekunudur. Təqdimatı keçirilən kitab oxucuya Azərbaycanı daha yaxından tanımaq, ölkəmizin keçdiyi inkişaf yolu ilə bilavasitə tanış olmaq imkanı yaradacaqdır.

Daha sonra mərasimdə Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fın Çon Pin, Etnik Universitetin professoru, türkoloq Xu Cen Xua SAM-ın direktoru Fərhad Məmmədov çıxış etmişlər. Qeyd olunmuşdur ki, dövlətlər xalqlar arasında münasibətlərin qurulmasında, möhkəmləndirilməsində liderlərin müstəsna rolu vardır. Müasir Azərbaycan ilə Çin arasında səmimi dostluq qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Hər iki ölkənin rəhbərlərinin səyləri nəticəsində bu əməkdaşlıq ən müxtəlif sahələrdə inkişaf etdirilir real nəticələrini verir.

Təqdimatı keçirilən kitabın əhəmiyyətindən danışan F.Məmmədov demişdir: "Çin dilində nəşr olunan bu kitab bizim dostluq əlaqələrimizin daha bir bariz nümunəsidir. Kitab dövlətimizin başçısı İlham Əliyevin 2003-2013-cü illər ərzində uğurlu prezidentlik fəaliyyəti ilə yanaşı, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, onun dünya birliyinə inteqrasiyasından, son on ildə keçdiyi  inkişaf yolundan, aktual problemlərindən bəhs edir. Əminəm ki, bu kitab dövlətlərimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın bir-birini daha yaxşı tanımasına  yardımçı olacaqdır".

Azərbaycanın son on il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında keçdiyi genişmiqyaslı inkişaf yolundan söhbət açan SAM-ın direktoru qeyd etmişdir ki, bu müddətdə ölkənin iqtisadi potensialı bir neçə dəfə artmış, əhalinin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində fəal iştirakını təmin etmişdir. Bu, həmçinin regionda iqtisadi-siyasi mənzərəni kökündən dəyişmiş, dünyaya inteqrasiya prosesini sürətləndirmişdir. Dünyanın 144 dövləti sırasında milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə Azərbaycan ilk 50 dövlət, makroiqtisadi sabitliyə görə isə ilk 20 dövlət sırasında mövqe tutmuşdur. Ötən on il ərzində ölkə iqtisadiyyatına 137 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. İqtisadiyyatın sosial sahələrin inkişafına yönəldilən vəsaitin 49 faizini dövlət, 51 faizini isə qeyri-dövlət investisiyaları təşkil etmişdir. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi 11 dəfədən çox artaraq təqribən 60 milyard dollara çatmışdır.

Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Business 2009" hesabatında Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan olunduğunu bildirən F.Məmmədov vurğulamışdır ki, bu islahatlar sayəsində ölkədə 1,2 milyon yeni yeri açılmışdır. Sosial müdafiəyə yönəldilən xərclər 9 dəfə, əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqqı 6,3 dəfə, pensiyalar 8,6 dəfə çoxalmışdır. Ölkədə yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir.

Bu gün Azərbaycanın qarşılaşdığı ən aktual problem Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərinin 20 faizinin işğal edilməsi, bir milyondan çox qaçqın məcburi köçkünün olmasıdır. Bununla belə, qaçqın məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin diqqət mərkəzindədir. Ötən dövr ərzində bu insanların həyat şəraitinin yüngülləşdirilməsi məqsədilə 23,5 min evdən ibarət 57 müasir qəsəbə məhəllə salınmışdır.

Qeyd edilmişdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi - 2012" hesabatında Azərbaycan İKT-nin inkişafı indeksi üzrə göstəricilərini xeyli yaxşılaşdıraraq 155 ölkə arasında 68-ci yerə çıxmış, ilk telekommunikasiya peykini orbitə buraxmışdır. Bununla da dünyanın on ən dinamik inkişaf edən ölkələr qrupunda mövqeyini daha da möhkəmlətmişdir.

Təqdimat mərasimində vurğulanmışdır ki, mədəniyyətlərarası dialoqu yeni çalarlarla zənginləşdirmək, xalqlar, dövlətlər dinlər arasında qarşılıqlı anlaşmanı birgəyaşayış prinsiplərini təmin etmək bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsidir. Azərbaycanda tarixən bərqərar olmuş tolerantlıq, müxtəlif din mədəniyyətlərin birgəyaşayış modeli bu gün başqalarına nümunə göstərilməkdədir. Təsadüfi deyil ki, 2011-ci ildən etibarən Bakı ümumdünya mədəniyyətlərarası dialoq forumlarının təşkilatçılığını öz üzərinə götürmüşdür bu missiyanın öhdəsindən layiqincə gəlir.

Kitabda bütün bunlar da öz əksini tapmışdır.

Təqdimat mərasimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məşhur kəlamı ilə yekunlaşmışdır: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Tədbirdən sonra qonaqların şərəfinə ziyafət verilmişdir.

Qeyd edək ki, kitabın tərcüməçisi, SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimov, məsləhətçisi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanovdur.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.