Azərbaycan ilə
Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi
əməkdaşlıq məsələləri müzakirə
edilmişdir
Avqustun 27-də Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Birləşmiş
Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri
Səlim Xəlifə Məhəmməd əl-Ğafli ilə
görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
hərbi əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur. Səfir Birləşmiş
Ərəb Əmirliklərində keçiriləcək hərbi
sərgidə iştirak üçün
ölkəsinin müdafiə nazirinin dəvətini
Səfər Əbiyevə təqdim etmişdir.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.