İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 27-də İtaliyanın ölkəmizə yeni təyin olunmuş səfiri Ciampalo Kutillo ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov Ciampalo Kutillonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu deyən nazir yeni təyin edilmiş səfirin iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirən Ciampalo Kutillo İtaliyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. O, həmçinin demişdir ki, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylə çalışacaqdır.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.