Belçika Azərbaycan ilə ikitərəfli
əlaqələrin inkişafında maraqlıdır
Avqustun 27-də Azərbaycanın
xarici işlər naziri
Elmar Məmmədyarov Belçika
Krallığının ölkəmizə yeni
təyin olunmuş səfiri xanım Karin Peçit ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Elmar
Məmmədyarov Karin Peçiti
ölkəmizə səfir təyin olunması münasibətilə
təbrik etmiş və ona
gələcək fəaliyyətində uğurlar
arzulamışdır.
Azərbaycan-Belçika ikitərəfli
əlaqələrinin inkişafından məmnunluğun ifadə
olunduğu görüşdə nazir yeni təyin edilmiş səfirin iki
ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə
töhfə verəcəyinə əminliyini bildirmişdir.
Etimadnaməsinin
surətini Elmar Məmmədyarova təqdim
edən Karin Peçit
ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin
davam etdirilməsində və
inkişafında maraqlı olduğunu bildirmişdir. Xanım K.Peçit
diqqətə çatdırmışdır ki,
diplomatik fəaliyyəti müddətində
ölkələrimiz arasındakı münasibətlərin
genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.