Azərbaycan ilə
Yunanıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq
inkişaf edir
Avqustun 27-də Azərbaycanın
xarici işlər naziri
Elmar Məmmədyarov Yunanıstanın
ölkəmizə yeni təyin olunmuş səfiri Dimitrios
Tsounqas ilə görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Elmar
Məmmədyarov Dimitrios Tsounqası
ölkəmizə səfir təyin olunması münasibətilə
təbrik etmiş və Azərbaycan-Yunanıstan
münasibətlərinin inkişafından məmnunluğunu
diqqətə çatdırmışdır.
Nazir yeni səfirin
fəaliyyətinin ölkələrimiz arasındakı əlaqələrin
daha da genişlənməsinə
töhfə verəcəyinə əminliyini bildirmiş
və Dimitrios Tsounqasa
gələcək fəaliyyətində uğurlar
arzulamışdır.
Etimadnaməsinin
surətini Elmar Məmmədyarova təqdim
edən Dimitrios Tsounqas
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu
bildirmişdir. İki
ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın
inkişaf etdiyini vurğulayan səfir diqqətə
çatdırmışdır ki, diplomatik fəaliyyəti dövründə bu əlaqələrin daha
da genişləndirilməsi üçün ciddi səylər
göstərəcəkdir.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.