Azərbaycan-Niderland əməkdaşlığı müzakirə edilmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 27-də Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Robert Jan Qabrielsen ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov Robert Qabrielseni ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmişona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdə Azərbaycan ilə Niderland arasındakı əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilmiş və əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğu vurğulanmışdır.

Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.

Etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edən R.Qabrielsen ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır. O, həmçinin vurğulamışdır ki, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 2.