Təhsil naziri Şəkidə vətəndaşları
qəbul etmişdir
Avqustun 27-də təhsil naziri Mikayıl Cabbarov
Şəkidə vətəndaşları qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, Şəki Olimpiya İdman Kompleksində
keçirilən qəbulda Balakən, Zaqatala,
Qax, Şəki, Oğuz
və Qəbələ rayonlarından gəlmiş vətəndaşların
müraciətləri dinlənilmişdir.
Adları
qeyd olunan rayonların
təhsil şöbələri müdirlərinin, həmçinin
nazirliyin struktur rəhbərlərinin
iştirak etdikləri qəbulda vətəndaşlar
əsasən işə qəbul, təhsil haqqı, iş yerinin dəyişdirilməsi,
həvəsləndirmə tədbirləri, fakültənin dəyişdirilməsi, yeni
məktəb binalarının tikintisi,
xaricdə təhsil almaq, dərs
saatlarının artırılması, diplomların
tanınması və digər məsələlərlə əlaqədar
müraciət etmişlər.
Qaldırılan
məsələlərin əksəriyyəti yerindəcə
həllini tapmış, digər müraciətlərin isə
araşdırılaraq müvafiq tədbirlər
görülməsi barədə tapşırıqlar verilmişdir.
Qəbul zamanı
eyni zamanda nazirliyin səlahiyyətlərinə aid olmayan, eləcə də
şəxsi xarakterli məsələlərlə
bağlı müraciətlər də olmuşdur.
Belə müraciətlər aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.