Bakıda Moldova Respublikasının Müstəqillik Günü qeyd olundu

 

Avqustun 27-də Yaxt-klubun "Vətən" yaxtasında Moldova Respublikasının müstəqilliyinin 22 illiyi münasibəti ilə bağlı rəsmi qəbul keçirildi.  Əvvəlcə Azərbaycanın və Moldovanın dövlət himnləri səsləndi.

Moldova Respublikasının Azərbaycan Respublikasındakı səfiri İqor Bodyu ölkəsinin müasir tarixi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan ilə Moldova strateji tərəfdaşlardır, ölkələrimiz və xalqlarımız arasında uzunmüddətli dostluq və qarşılıqlı əməkdaşlıq münasibətləri vardır. İki ölkə arasında iqtisadienerji əlaqələri uğurla inkişaf edir.

Azərbaycan hökuməti adından danışan kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevin təbriklərini və xoş arzularını çatdırdı. O bildirdi ki, Azərbaycan ilə Moldova arasında 52 sənəddən ibarət möhkəm hüquqi baza yaradılmış, həmin sənədlərdən üçü kənd təsərrüfatı sahəsinə aiddir.

Nazir İsmət Abasov Moldova ombudsmanı Aureliya Qriqoriunun İrəvanda etdiyi çıxışla bağlı ona Azərbaycanın təşəkkürünü çatdırmağı xahiş etdi. Rəsmi qəbulda diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.