III Bakı Beynəlxalq
Humanitar Forumuna
Qırğızıstandan dəvət olunmuş
nümayəndələrə bu mötəbər
tədbirin əhəmiyyəti haqqında məlumat verilmişdir
Azərbaycanın
Qırğızıstandakı səfiri Hidayət Orucov III Bakı Beynəlxalq Humanitar
Forumuna bu ölkədən
dəvət olunmuş nümayəndələrlə
görüşmüşdür.
Səfir bildirmişdir ki, cari il
Qırğızıstandan bu mötəbər
tədbirdə 18 nəfər iştirak edəcəkdir.
Onlar ölkənin tanınmış elm və mədəniyyət xadimləri,
akademiklər, ali məktəblərin
rektorları, o cümlədən
tanınmış jurnalistlərdir.
Diplomat
xatırlatmışdır ki, Forumun həmtəsisçiləri Azərbaycan
Prezidenti İlham
Əliyev və Rusiya Prezidenti
Vladimir Putindir.
Səfir Humanitar Forumun əhəmiyyəti
haqqında ətraflı məlumat vermişdir.
O qeyd etmişdir
ki, "XXI əsr: ümidlər və
çağırışlar" devizi ilə
keçirilən I Forumda dünyada
multikulturalizmin uğurları və
problemləri, biotexnologiya və etika problemləri, iqtisadi inkişaf modelinin humanitar aspektləri, yüksək texnologiyalar və sosial jurnalistika və digər mövzularda
müzakirələr aparılmışdır.
Sonra səfir nümayəndələrin
suallarına cavab vermişdir.
Qulu
KƏNGƏRLİ,
AzərTAc-ın
xüsusi müxbiri
Bişkek
Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.