Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı bu ölkənin Federal Prezidenti Ueli Maurer ilə görüşmüşdür.

Azərbaycanın İsveçrədəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadihumanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

Carı ilin yanvarında Davosda Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırladan Prezident Ueli Maurer ölkələrimiz arasındakı fəal siyasi dialoqu yüksək qiymətləndirmişdir. Federal Prezident dost və tərəfdaş kimi gördükləri Azərbaycan ilə ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Görüşdə İsveçrə Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardiiştirak etmişdir.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.