Azərbaycan gəncləri
dövlətin maraqlarının təmin olunmasında
aparıcı qüvvəyə çevrilmişlər
Azərbaycan gəncləri
dövlət müstəqilliyimizin qorunub
saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prosesində həmişə
yaxından iştirak etmişlər. Bu proses indi
də davam etməkdədir.
Yeni Azərbaycan Partiyası Gənclər
Birliyi ofisinin rəhbəri
Sərraf Balaxan bununla
bağlı AzərTAc-a yazı göndərmişdir.
AzərTAc həmin
yazını təqdim edir:
- Azərbaycan
həm gənc dövlətdir, həm də gənclərin
dövlətidir. Çünki ölkəmizdə
gəncliyə göstərilən diqqət ən yüksək
səviyyədədir. Bunun nəticəsidir
ki, gənclər bu gün dövlətin maraqlarının təmin
olunmasında aparıcı qüvvəyə
çevrilmişlər.
Yeni dövrdə
dövlətin qarşısında duran
çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması,
onlarda milli
özünüdərkin, azad və demokratik düşüncənin
formalaşması ümummilli lider Heydər Əliyevin qayğısı və
diqqəti sayəsində mümkün olmuşdur.
Bu
qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü
şəkildə davam və inkişaf etdirilir.
Əsası ulu öndər tərəfindən
qoyulan dövlət gənclər siyasəti
daha da dərinləşdirilir,
gənclərə idarəetmədə və qərar qəbulu
səviyyəsində yüksək etimad
göstərilir.
Ümummilli lider
Heydər Əliyevin müdrik fikirləri
gənclər üçün həmişə
yol göstərən məşəl olmuşdur. Ulu öndər
deyirdi: "Gənclər özlərini
Azərbaycanın gələcəyi naminə layiqincə
hazırlamalıdırlar. Hər bir gənc
öz yolunu müstəqil
Azərbaycan Respublikasının həyat yolu
kimi qəbul etməlidir. Gənclərimizin
əsas vəzifəsi özünü
müstəqil Azərbaycan Respublikasının
inkişafına həsr etməkdən ibarət
olmalıdır".
Gənclərin
ictimai-siyasi proseslərdə, müstəqil
Azərbaycanın inkişafında lazımi səviyyədə
iştirak edə bilmələri üçün mənəvi əsas
olmalıdır. Bu mənəvi əsas əsrlər
boyu xalqımızın əldə etdiyi milli dəyərlər,
vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli
tariximizə olan sevgidən ibarətdir. Gənclərimiz
məhz bu zəmin əsasında ölkəmizin
bütün idarəetmə
strukturlarında, vətəndaş cəmiyyəti
institutlarında layiqincə təmsil olunurlar.
Azərbaycan gəncliyi bu məsələdə
öz məsuliyyətini dərindən dərk
edir və üzərinə düşən
işin öhdəsindən layiqincə gəlməyə
çalışır. Çünki Azərbaycanın
gələcək uğurları bu gənclərin
bilik, bacarıq və mənəvi tərbiyəsindən
asılıdır.
Hər bir gənc kimi, mən də
Azərbaycan gəncliyinin Vətəninə və xalqına olan xidmət amalını yüksək dəyərləndirir
və bu işdə hər bir gəncə uğur diləyirəm.
Xüsusilə qarşıdan gələn prezident seçkilərində onların öz iradələrini dövlətin,
xalqın və millətin xeyrinə ifadə etmələrinə,
müasir Azərbaycanı böyük
cəsarətlə idarə edən dövlət
başçısı İlham Əliyevə
dəstək olacaqlarına əminliyimi ifadə edirəm.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.