Binəqədidə
«Sağlam gənclik-10 il»
mövzusunda tədbir keçirilmişdir
Avqustun 27-də Yeni
Azərbaycan Partiyası Binəqədi rayon
təşkilatının inzibati
binasında "Sağlam gənclik-10 il" mövzusunda tədbir
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbir
iştirakçıları əvvəlcə ümummilli
lider Heydər Əliyevin Yeni
Azərbaycan Partiyası Binəqədi rayon
təşkilatının inzibati
binasının qarşısında ucaldılmış abidəsini
ziyarət edərək, xatirəsinə ehtiramlarını
bildirmişlər.
Binəqədi
rayon fəal gənclərinin və
"İrəli" İctimai Birliyinin üzvlərinin iştirakı ilə
keçirilən tədbirdə qeyd olunmuşdur ki, bu gün Azərbaycan gəncliyi
vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz
fəallığı, müasirliyi ilə
seçilir. Ümummilli
məsələlərin
həllində gənclər ön
sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri
ilə ölkəmizin çiçəklənməsinə,
tərəqqisinə öz dəyərli
töhfələrini verirlər. Dövlət gənclər
siyasətinin başlıca məqsədləri isə gənclərin
hərtərəfli inkişafını təmin etmək, onların
sosial problemlərinin həlli və cəmiyyətdə
layiqli yer tutması üçün əlverişli şərait
yaratmaqdır.
Vurğulanmışdır
ki, bu gün
dövlət tərəfindən gənclərin sağlam həyat sürməsi, onların elm, təhsil, idman və
digər sahələrdə fəaliyyət göstərmələri
üçün böyük
imkanlar yaradılmışdır. Azərbaycan
gənclərinin cəmiyyətdə rolunu,
onların ölkəmizin inkişafında
iştiraklarını və məsuliyyətlərini daha da artırmaq kimi məsələlərin təməli ulu öndər Heydər Əliyev tərəfindən
böyük uzaqgörənliklə qoyulmuşdur. Bu gün bu məsələlərin
daha böyük
müstəvidə inkişafı həyata keçirilən
dövlət gənclər siyasətində özünü
göstərməkdədir.
"Sağlam gənclik-10 il"
mövzusunda tədbir "Sağlam
həyatın dəyərləri" mövzusunda
panel iclasla davam etmişdir. Diskussiya formatında davam
edən iclasda gənclərin sualları
cavablandırılmışdır.
Tədbir Binəqədi
Rayon İcra Hakimiyyəti,
rayon gənclər və idman
idarəsi, YAP Binəqədi rayon təşkilatı,
"İrəli" İctimai Birliyi və Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilmişdir.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.