Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Avqustun 27-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən
AzərTAc-a bildirmişlər ki, əvvəlcə
MSK-nın 24 avqust və 25 avqust
2013-cü il tarixli
iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən
MSK-ya təyin edilmiş
məşvərətçi səs hüquqlu
üzvün təsdiqi məsələsinə
baxılmışdır.
Aydın Mirzəzadənin məşvərətçi səs
hüquqlu komissiya üzvü təsdiq olunması barədə qərar
çıxarılmışdır.
İclasda namizədliyi özü tərəfindən irəli sürülmüş İlqar
Eldar oğlu Məmmədovun
prezidentliyə namizədliyi təsdiq edilmiş
və Xalid Zakir oğlu Bağırov onun
səlahiyyətli nümayəndəsi kimi
qeydə alınmışdır.
Komissiya "Milli
Şura" seçicilərin təşəbbüs
qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd
İbrahimoviç İbrahimbəyovun
prezidentliyə namizədliyinin təsdiqi
məsələsinə baxmışdır. Hüquqi
əsas olmadığından R.İbrahimbəyovun namizədliyinin
irəli sürülməsinin təsdiq edilməməsi qərara
alınmışdır.
Mərkəzi Seçki Komissiyası 105 saylı Tovuz seçki dairəsi
dairə seçki komissiyasının tərkibində
dəyişiklik etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
MSK-nın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 5.