2013-cü
il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən
məşvərətçi səs hüquqlu
üzv təyin edilmiş
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Aydın Böyükkişi oğlu Mirzəzadənin Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasında məşvərətçi
səs hüquqlu üzvü
kimi təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 20/115
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına məşvərətçi səs hüquqlu
üzv təyin edilmiş
və həmin şəxsin üzvlüyünün
təsdiq edilməsi üçün müvafiq sənədlər Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin
şəxsin məşvərətçi səs hüquqlu üzv qismində
təsdiq edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 21, 28.2 və 28.4-cü maddələrinə
əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən
məşvərətçi səs hüquqlu
üzv təyin edilmiş
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Aydın Böyükkişi oğlu Mirzəzadə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasında məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər
Şaitdin
Əliyev
Fuad
Cavadov
Ramiz
İbrahimov
Validə
Kazımova
Qabil Orucov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Bəxşeyiş Əsgərov
Almas Qəhramanlı
Akif Qurbanov
Etibar Quliyev
27.08.2013
Azərbaycan. - 2013.- 28 avqust.- S. 5.