2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
İlqar Eldar oğlu Məmmədovun namizədliyinin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
№ 20/116
2013-cü il
oktyabrın 9-na təyin
edilmiş Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında
saxlanılan İlqar Eldar oğlu Məmmədovun namizədliyinin
irəli sürülməsi
barədə müraciət
2013-cü il avqustun
19-da Mərkəzi Seçki
Komissiyasına daxil olmuşdur.
İstintaq təcridxanalarında saxlanılan
təqsirləndirilən şəxslər
tərəfindən yazışmaların
aparılmasına dair
qanunvericiliyin tələblərinə
əməl edilmədən
İ.E.Məmmədovun adından
göndərilən, lakin
onun tərəfindən
göndərilməsi və
iradəsini əks etdirməsi şübhə
doğuran, habelə düzgün rəsmiləşdirilməyən, müəyyən səhv və pozuntularla tərtib edilən sənədlər, namizədliyi
irəli sürülmüş
şəxsin digər
namizədlərə nisbətən
məhdud imkanlara malik olması səbəbindən Mərkəzi
Seçki Komissiyası
tərəfindən onun
xeyrinə, seçkilərdə
iştirak etmək hüquqlarının təmin
edilməsinə yardım
məqsədilə rəsmi
qəbul edilmiş, namizədliyin irəli sürülməsinin namizədliyi
irəli sürülmüş
şəxsin iradəsinə
uyğunluğunun yoxlanılması,
təsdiqedici hal müəyyən edildikdə,
yol verilmiş qüsurların aradan qaldırılması məqsədilə
müraciət daxil olan gün, yəni 19 avqust 2013-cü ildə təxirəsalınmadan
dərhal sürətli
poçt xidməti vasitəsilə İ.E.Məmmədovun
saxlanıldığı istintaq
təcridxanasına göndərilmişdir.
Yol verilmiş qüsurlar aradan qaldırıldıqdan sonra
sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada 23 avqust 2013-cü il, saat 17.50-də, yəni müraciətə
baxılma müddətinin bitməsinə 1 gün
qalmış Mərkəzi Seçki
Komissiyasına təqdim olunmuşdur. Yalnız bundan
sonra həmin müraciət üzrə
namizədliyin mümkünlüyünü
yoxlamaqdan ötrü
Mərkəzi Seçki Komissiyası üçün imkanlar
yaranmışdır.
Belə
müraciətlərə 5 gün müddətində
baxmalı olan Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Konstitusiyasının və seçki
qanunvericiliyinin ruhuna uyğun olaraq
iddiaçının maraqlarının xeyrinə
araşdırma başa çatanadək
müddətin uzadılması barədə 24 avqust
2013-cü il tarixli 18/111 saylı qərar qəbul
etmişdir.
Hazırda
araşdırma başa
çatdığına görə uzadılmış
müddətin axımının davam etməsinə
lüzum qalmadığından və
İ.Məmmədovun namizədliyinin təsdiq edilməsi üçün əsaslar
yarandığından onun öz
təşəbbüsü ilə irəli sürülmüş
namizədliyi təsdiq edilməlidir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
İlqar Eldar oğlu Məmmədovun namizədliyi təsdiq
edilsin.
2. Qərarın
surəti maraqlı şəxslərə göndərilsin.
3. Qərar
qüvvəyə mindiyi andan
seçici imzalarının
toplanılması üçün imza vərəqələrinin
götürülməsi hüququ izah edilsin.
4. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər
Şaitdin Əliyev
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Bəxşeyiş Əsgərov
Almas Qəhramanlı
Akif Qurbanov
Etibar Quliyev
27.08.2013
Azərbaycan. - 2013.- 28 avqust.- S. 5.