2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi təsdiq olunmuş
İlqar Eldar oğlu Məmmədovun səlahiyyətli
nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 20/117
2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Azərbaycan Respublikasının
Prezidentliyinə namizədliyi təsdiq olunmuş
İlqar Eldar oğlu Məmmədov səlahiyyətli
nümayəndəsini təyin etmiş və
həmin şəxsin qeydə alınması üçün
müvafiq sənədləri Azərbaycan
Respublikasının
Mərkəzi Seçki Komissiyasına təqdim
etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin
şəxslərin qeydə alınması üçün
əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü
və 52-ci maddələrinə əsasən qərara
alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Xalid Zakir oğlu Bağırov
namizədliyi təsdiq edilmiş İlqar Eldar oğlu Məmmədovun səlahiyyətli
nümayəndəsi kimi qeydə alınsın.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər
Şaitdin Əliyev
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Bəxşeyiş Əsgərov
Almas Qəhramanlı
Akif
Qurbanov
Etibar
Quliyev
27.08.2013
Azərbaycan. - 2013.- 28 avqust.- S. 5.