«Heç
kim unudulmur, heç nə yaddan
çıxmır» sənədli filminin təqdimatı
olmuşdur
Beyləqan rayonunda xocavəndli məcburi
köçkünlər üçün
salınmış Xocavənd qəsəbəsində "Heç kim unudulmur, heç nə yaddan çıxmır" sənədli filminin təqdimatı olmuşdur.
AzərTAc
xəbər verir ki,
Xocavənd Rayon İcra
Hakimiyyəti tərəfindən hazırlanan film
Xocavənd istiqamətində döyüşlərdə igidlik göstərmiş və Vətənimizin
bütövlüyü uğrunda
şəhid olmuş Ağdaş
rayonundan olan qəhrəman
oğullarımızın xatirəsinə həsr edilmişdir.
Mərasimdə
Xocavənd Rayon İcra
Hakimiyyətinin başçısı Eyvaz
Hüseynov, Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi
Ağdaş rayon
şöbəsinin sədri İsmayıl Xudiyev,
Xocavənd batalyonunun sabiq
komandiri Əbülfət Hüseynov
və başqaları filmlə bağlı rəy və təkliflərini
bildirmiş, təəssüratlarını
bölüşmüşlər.
Xocavənd
rayonunda doğma
Qarabağımızın qədim tarixinin
və zəngin mədəniyyətinin təbliği, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həqiqətlərin, xalqımızın
başına gətirilən faciə və
soyqırımılarının ölkə və dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
mütəmadi olaraq işlər
aparılır, silsilə filmlər çəkilir. "Heç kim unudulmur, heç nə yaddan çıxmır" sənədli filmi də həmin silsilənin
davamıdır.
Azərbaycan. - 2013.- 28 avqust.- S. 6.